“Hazırda COVID-19-a yoluxma sayının azalması bizi arxayınlaşdırmamalıdır”
01.06.2021 [09:13]
Məlum olduğu kimi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanılıb. Hazırda Azərbaycanda, ümumilikdə, iki milyondan artıq doza peyvənd istifadə edilib. Mütəxəssislərin fikrincə, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə COVID-19 infeksiyasına görə epidemioloji durumu sabit qiymətləndirmək olar.
“Yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada tüğyan etdiyi müddət ərzində üçüncü dalğa zəifləməyə doğru gedir. Son vaxtlar yoluxanların sayı ilə əlaqədar rəqəmlər gündən-günə azalaraq xəstəxanalara düşən yükün azalmasına səbəb oldu”. Bu fikirləri həkim-infeksionist Zaur Ağayev qəzetimizə açıqlamasında deyib.
Onun sözlərinə görə, çəkinmədən, tərəddüd etmədən peyvəndi vurdurmaq və bununla da həm özümüzü, həm də cəmiyyətimizi narahat edən bu bəladan xilas olmaq lazımdır: “Xatırladım ki, tətbiq olunan peyvəndlərin indiyə qədər həyati təhlükəyə aparıb çıxaran hər hansı yan təsirə səbəb olmadığı sübut olunub. Təəssüf ki, cəmiyyətin müəyyən bir hissəsi hansısa səbəbdən bu prosesdən uzaqlaşıb və ya tərəddüd edir. Peyvənd vurulması nəticəsində orqanizmdə anticisimlərin əmələ gəlməsi ağırlaşmaların və eləcə də xəstəxanalarda həyati təhlükə yaşanmasının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisədir. İstər təbii yolla, yəni xəstəliyə yoluxduqdan sonra, istərsə də peyvəndlər vasitəsilə orqanizmdə anticisimlərin əmələ gəlməsi xəstəliklə mübarizədə immun sisteminin güclənməsi təhlükə ilə üzləşməmək üçün sığorta vasitəsidir. Tərəddüd etmədən peyvəndi vurdurmaq, həm özümüzü, həm də cəmiyyətimizi pandemiyadan xilas etmək lazımdır”.
Həkim-infeksionist deyib ki, hazırda yoluxma sayının azlığı da bizi arxayınlaşdırmamalıdır: “Həm vaksinasiya, həm də məsuliyyətimizlə bu bəlaya qalib gələ bilərik”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

