/ / “Vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir”
“Vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir”
26.06.2021 [08:18]
“Peyvəndlə bağlı müxtəlif miflərin mövcudluğu yeni hal deyil. Ancaq bu, koronavirus pandemiyası dövründə geniş miqyas alıb. Təəssüf ki, cəmiyyətin bir hissəsi bu cür qeyri-adi vəziyyətlərə cavab axtararkən, bəzi insanlar müxtəlif şayiələri həqiqət kimi qəbul edirlər”.
Bu fikirləri Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov deyib.
Onun sözlərinə görə, COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlığın, nəhəng maliyyə və insan resurslarının səfərbər olunmasının nəticəsidir: “COVID-19-a qarşı peyvəndlərin istehsalında ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq on minlərlə könüllü də daxil olmaqla bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Bəşəriyyət üçün gözlənilən təhlükə qarşısında peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi. Peyvəndlərin təsir mexanizminə gəldikdə isə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. Yəni peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin o, xəstəliyi çox yüngül keçirəcəkdir”.
“Elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir. Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər də var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər. Bu zaman insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji “yaddaş”ı qısamüddətli ola bilər. Koronavirusa gəldikdə isə, onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə, tamamilə yox olduğunun şahidi olduq”, - deyə mütəxəssis vurğulayıb.
H.Qabulov əlavə edib ki, vaksin olunmuş insanlarda inyeksiya yerində ağrı, başağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir: “Bir qayda olaraq, bu reaksiyalar qısamüddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15

