İqtisadi rayonların yeni bölgüsü Azərbaycanın davamlı inkişafına xidmət edir
10.07.2021 [10:00]
Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizdə iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb. Ekspertlərin qeyd etdikləri kimi, iqtisadi rayonların tarixilik və iqtisadi səmərəlilik prinsipləri əsasında yeni təsnifatı ölkəmizin perspektiv inkişafına xidmət edir.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ötən illər ərzində ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirıb. Bu isə 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. Komitə sədrinin sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirib.
“Bütün bu səbəblərdən 1991-ci ildə yaradılan 10 iqtisadi rayon Prezident İlham Əliyevin Fərmanı ilə 14 iqtisadi rayonla əvəzləndi. Bakı, Qarabağ, Şərqi Zəngəzur, Mil-Muğan yeni iqtisadi rayonlarının yaradılması və mövcud iqtisadi rayonların ərazisində dəyişikliklərin edilməsi həm iqtisadi, həm də geosiyasi məqsədlərdən irəli gəlir. Regionlarda iqtisadi ixtisaslaşma, investisiya siyasətinin fokuslanması, çevik iqtisadi siyasətin həyata keçirilməsi baxımından bu bölgü effektlidir və təcrübəyə əsaslanaraq aparılıb”, - deyə T.Mirkişili vurğulayıb.
“Azərbaycanın şəhər və rayonlarının ardıcıl və məqsədyönlü inkişafının təmin edilməsi, 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilmiş ərazilərimizin sürətlə bərpa olunması məqsədilə Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi. Fərmanda bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, inkişafının təmin olunması, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi və Qarabağa Böyük Qayıdışın reallaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər həmin ərazilərin bərabər inkişafının təmin olunmasını və iqtisadi rayonlar üzrə bölgüyə daxil edilməsini şərtləndirib”. Bu fikirləri isə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan ərazilərinin iqtisadi rayonlar üzrə yeni bölgüsünün təsdiq edilməsi, ilk növbədə, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunmasına, regionlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialının gücləndirilməsinə, bununla da əhalinin rifah halının yüksəldilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, yeni təsdiq olunmuş bölgüdə Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun yer alması işğaldan azad olunmuş ərazilərin sürətlə və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, bu bölgədə regional siyasətin ardıcıl şəkildə həyata keçirilməsi üçün zəmin yaradır, infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılması üçün yeni imkanlar açır. Şübhəsiz ki, yeni təsdiq olunmuş bölgü Qarabağ bölgəsinin gələcək inkişafı və tərəqqisi üçün geniş imkanlar yaradacaq. Bu qərar həm də Zəngəzura qayıdışımızın ifadəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12

