Qurd qoyun dərisində, yoxsa tülkü həccə gedir?
08.12.2021 [11:29]
Və ya saxta qazilər, özünü toxunulmaz hesab edənlər
İlhamə Rəsulova
Son vaxtlar rastlaşdığım, bir-birinə bənzəyən bir neçə hadisə təəssüf hissi içində bu yazını yazmağa vadar etdi.
Avtobusda tıxacdaydıq, yolun açılmasını gözləyirdik. Düz yanımızda yolu kəsən avtomobilə yaxınlaşan polis mədəni formada özünü təqdim etdi, sürücüdən sənədlərini istədi. Avtobusun açıq pəncərələrindən avtomobilindən düşüb, bar-bar bağıran hərbi formalı adamı eşitməmək mümkün deyildi. “Mən qaziyəm, sizin məni saxlamağa haqqınız yoxdu, mən torpaq uğrunda qanımı tökmüşəm...”
Polis hər nə qədər hörmətlə davranıb, sakit şəkildə onu başa salmaq istəsə də, özünə qazi deyən həmin şəxsin səsi get-gedə artdı. Əsassız olaraq yaratdığı hay-küylə ətrafındakı insanların diqqətini çəkmək istədiyi aydın görünürdü. İçində olduğumuz avtobus özünə yol tapıb getdi. Polislə bu adam (qazi deməyə dilim gəlmir-İ.R.) arasındakı mübahisənin nə ilə bitdiyini bilməsəm də, gərəksiz yerə statusundan istifadə edib, qanun pozmasına haqq verə bilmədim. Biri cəmiyyətin asayişi naminə gecəsini gündüzünə qatıb işləyən polis nəfəridir, digəri vətənin bütövlüyü naminə dövlətin çağırışına cavab verib döyüşlərə qatılmış vətəndaşımız. Doğrusu, onun həqiqətən qazi olub-olmamasına da şübhəm yarandı. Şübhəsiz ki, müharibənin od-alovundan sağ qayıtmış keçmiş döyüşçülərin əsəbiliyinin, hətta psixi pozğunluqlarının olması gözləniləndir. Amma inanmıram ki, onlar məhz hansısa mənfəət naminə bu addan sui-istifadə edib, haqsızlığa yol verələr. Haqq savaşının savaşçılarına haqsızlığa yol vermək yaraşmaz...
Ötən ilin noyabrından bu yana dəfələrlə “mən qaziyəm, toxunulmazam” mesajları ötürən insidentlərlə rastlaşmışam. Gah avtobusda “qaziyəm” deyib sürücünü döyməyə çalışıblar (dayanacaqdan kənarda saxlamayıb deyə), gah hansısa sırada növbəni pozublar, “mən Vətən müharibəsi qazisiyəm, mənə növbə düşmür” deyiblər, gah məktəbdə müəllimin üstünə hücum çəkiblər. Mən restoranda oğlu yaşda olan gənc ofisiantın əlindəki sinini alıb yerə çırpan “qazi” görmüşəm, səbəb də sadəcə masaya gec yaxınlaşması olub. Əksər hallarda polislə münaqişəli vəziyyət yaradıblar. Sosial şəbəkələrdə yazılan rəylərdən də aydın olur ki, bir çox insan məhz həmin şəxslərin saxta qazilər olması qənaətindədir. Hətta noyabr ayında bulvarda keçirilən qələbə konsertində ortalıqda gəzən, özünə “döyüşçü” deyən hərbi geyimlilərdən birinin yaxasındakı medallar arasında çoxuşaqlı analara verilən medalı və SSRİ dönəmində zəhmətkeşlərə verilən əmək medalını da görmüşdük...
Mənzərə həm gülünc görünür, həm də ağrıdıcı. Bu insanlar ən müqəddəs bildiklərimizi gözdən salmaqla mənəviyyatımıza zərbə vururlar. Həmçinin qaziyəm deyib üstünə hücum çəkdikləri də düşmən deyil axı, bu xalqın nümayəndələridir.
Azərbaycanda Qarabağ müharibəsi qaziləri, şəhid ailələri, müharibə əlilləri statusuna xalqın böyük sevgisi və ehtiramı var. Dövlət də bu kateqoriyadan olan insanlara xüsusi imtiyazlar verib. Bu sevgi, bu qayğı heç kimə bu addan sui-istifadə edib, qanun-qaydaları pozma haqqı vermir.
I Qarabağ müharibəsindən sonra saxta əlil, saxta qazılər özbaşınalıq edərək bu adlara müəyyən güvənsizlik yaratdılar, nüfuzdan saldılar. Saxta sənədlər, yalan məlumatlar təqdim edərək qanunsuz əməllərinə göz yumulmasını tələb edənlər başqalarına da “örnək” oldular, “qonşudan qalma dala”, “bacarana baş qurban” dedilər, ortalıq qoçularla doldu, daşdı. Qarabağ, Vətən, Torpaq, Bayraq, Şəhid, Qazi kimi müqəddəsləşdirdiyimiz adlardan istifadə edib özünə “biznes”, gün-güzəran quranlar öz həyasızlıqları ilə başqalarının gününü qara etdilər. Ağızları köpüklənə-köpüklənə danışmağı, yalanlar uydurmağı öyrəndilər, öz yalanlarına özlərini də inandırdılar, başqalarını da. Buna nə ad verəydik, qurd qoyun dərisində, yoxsa tülkü həccə gedir?
Torpaq uğrunda həqiqətən can qoyan oğullar yeri gəldi-gəlmədi bu kəlməni dilinə gətirməz. “Müharibə veteranıyam” deyib yaxasını cıranlar, buna görə nələrsə tələb edənlərin şəxsiyyəti, döyüş yolu araşdırılmalıdır. Axı normal düşüncəli insan, həqiqətən vətən yolunda xidməti özünə borc bilən birisi nə üçün avtomobilinin üzərinə qazi yazmalıdır? Bu, nə demək olur - “toxunma yandıraram?”
Belə davranışlar şəhidlərin ruhuna hörmətsizlikdir, müharibədə sağlamlığını itirənlərin tökülən qanına, işğal illərində bütün xalqın çəkdiyi əzab-əziyyətli ömrə xəyanətdir. Xalq olaraq bu kimi halları ictimai qınaqla qarşılamalıyıq!
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

