Azərbaycan qlobal sülhə dəstək verən bütün layihələri dəstəkləyir
20.05.2022 [10:15]
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
Günel ABBAS
Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Multikulturalizmi daim diqqət mərkəzində saxlayan dövlətimiz bu sahədə maarifləndirmə işləri aparır, müxtəlif tədbirlər həyata keçirir.
Mayın 19-da “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfransın keçirilməsi məhz bu diqqətin nümunəsidir. Konfrans G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində baş tutub. Tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.
Təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dinlə bağlı cərəyan edən bir sıra mühüm məqamlara toxunub. Bildirib ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq: “Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır. Müasir dövrdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırım cinayətlərinə gətirib çıxarır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdləridir ki, hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır”.
Onun sözlərinə görə, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, böhranların yaranmasında münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması halları, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktları qətiyyətlə pislənilir.
“Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir. Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik va qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir”.
Ermənistanda bu gün də qisasçılıq meyilləri var
QMİ sədri Azərbaycan cəmiyyətində nümunəvi birgə yaşayışın, multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu barədə danışıb. Bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənərək yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılıb, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir: “Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meyilləri var. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır”.
Sədr Şuşada baş tutacaq növbəti mötəbər tədbirin müjdəsini də verib. Onun sözlərinə görə, tədbirin bu il sentyabr ayının sonu, oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır: “Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub. Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik”.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxış edib. O, ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşılmasından danışıb. Bildirib ki, Azərbaycan dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı dövlətlər sırasında mühüm yer tutur: “Azərbaycandakı etnik-dini müxtəliflik ölkənin müəyyən bir hissəsi ilə məhdudlaşmır. Etnik-dini müxtəliflik ölkənin bütün ərazisi üzrə paylanıb ki, bu da tarix boyu ərazimizdə mövcud olmuş müxtəlif xalqların qarşılıqlı hörmət və anlayış şəraitində yaşamalarının göstəricisidir. Məhz dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai-əsasını təşkil edir. Dini, mədəni kimliklərin müdafiəsi həm qanunvericilikdə, həm də dövlətin siyasi proqram sənədlərində təsbit edilir”.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir: “Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə həsr olunan xeyli sayda beynəlxalq tədbirlər keçirilir. Dövlət-din münasibətlərinin möhkəmlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkədə və kənarda böyük rol oynayır. Fond Azərbaycandakı məscid, kilsə və sinaqoqların bərpa və yenidən qurulması ilə bərabər dünyadakı dini-mədəni abidələrin qorunmasında fəal iştirak edir”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, bu gün Azərbaycan hökuməti sülh və əmin-amanlıq axtarışındadır. Bu baxımdan dövlətimiz qlobal sülhə dəstək verən bütün layihələri dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44

