“Xruşşovka”lar sökülür...
01.10.2022 [12:05]
Sakinlər nədən narazıdırlar?
MÜŞFİQƏ
Hələ illər öncə Rusiyada “xruşşovka” adlandırılan beşmərtəbəli binalar istismara yararsız hesab edildiyindən kütləvi şəkildə sökülüb. Bəzi postsovet ölkələrində artıq bu qəbildən olan binalara rast gəlmək mümkün deyil. MDB məkanındakı ölkələrin əksəriyyətində “xruşşovka”lardan çoxdan imtina ediblər. Görəsən, nə üçün bu kimi binalar hələ də Bakıda qalmaqdadır? “Xruşşovka” və “stalinka” adlanan binaların istismar müddəti bitsə də, dərd-səri bitmək bilmir. Paytaxtda bu cür binalar kifayət qədər çoxdur. Artıq insanlar binaların söküləcəyi günü səbirsizliklə gözləyirlər.
Hazırda XIX əsrin sonunda - XX əsrin əvvəlində tikilən yaşayış binalarının çoxu mərhələli şəkildə sökülür, onların yerində yeniləri inşa edilir. Sakinlərə kompensasiya, ya da yeni mənzil təqdim olunur. Həmin binalar istismara yararsız sayılır. Söküntü işlərinin aparılması həm də paytaxt Bakıda köhnə evlərin sayının əhəmiyyətli dərəcədə azalması deməkdir.
Məlumdur ki, paytaxtda yaşayış binalarının tikintisi ilə bağlı yeni standartlar qəbul olunub. Əvvəlcə layihənin qaydalara uyğun olub-olmaması araşdırılır, daha sonra həmin ərazilərdə yeni yaşayış massivləri tikilir. Əgər əlverişsiz şərait olarsa, sökülmüş binaların yerində yaşıllıqlar və ya park salınır. Sakinlər isə başqa əraziyə köçürülür.
Hazırda Nizami, Yasamal, Xətai və Nərimanov rayonları ərazisində söküntü işləri həyata keçirilir. Bildirək ki, söküntü işləri daha çox şəhərin mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə aparılır. Orada inşa edilən yeni binalardakı mənzillərin qiyməti isə xeyli yüksəkdir. Bu səbəbdən də sakinlərlə sahibkarlar arasında anlaşılmazlıq yaranır.
500-dən artıq bina mövcuddur
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, “xruşşovka” layihəli evlərin sökülməsi ilə bağlı işlər tam olaraq sahibkarların öhdəsinə buraxılıb. Bunun üçün sahibkarlar mütləq qaydada orada yaşayan sakinlərlə razılıq əldə etməli və sakinləri yeni binada yerləşdirməlidir. Eləcə də çoxmənzilli binaların əvəzinə 12 və ya daha çox mərtəbəli binaların tikintisini həyata keçirə bilər: “Ümumən 500-dən artıq bina mövcuddur. Mən deyərdim ki, bu binaların hamısının birdən-birə söküntüsünü icra etmək mümkün deyil. Sahibkarlar, ilk növbədə, 2-3 mərtəbəli binaların söküntüsünü daha sərfəli hesab edirlər. Çünki beşmərtəbəli binaların söküntüsünün icrası, vətəndaşların köçü və onların yerləşdirilməsi bir qədər zaman alır. Bu da sahibkar üçün pul itkisi deməkdir”.
Sahibkardan əlavə pul qopartmaq niyyətində olan vətəndaşlar
Qeyd etdiyimiz kimi, çox vaxt sakinlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranır. Bunun kökündə isə maddiyyat dayanır. Ekspert deyir ki, bir çox tikilən binaların vətəndaşları 20 faiz daha artıq kv.m olmaqla evlə təmin olunurlar. Bu mənada vətəndaşlar özləri də bilavasitə sahibkarlara kömək etməlidir. Əks təqdirdə, bir sıra subyektiv səbəblər həmin layihənin həyata keçməsinə mane olur: “Tutaq ki, binanın 90 faiz sakini binanın sökülməsinə razıdır. Lakin görürsən ki, bir neçə vətəndaş sahibkardan əlavə pul qopartmaq niyyəti ilə son günə qədər evdən çıxmır, mənzili təhvil vermir. Yaxud həmin evin əvəzinə sahibkardan pul tələb edirlər. Sahibkarlar binanın tikintisini həyata keçirdikdən sonra pul qazanmağı hədəflədikləri üçün bir çox hallarda onlarda nəqd pul olmur. Yalnız sakinlərin kirayəsi üçün nəzərdə tutulan vəsaiti ödəməyə qadirdirlər. Məsələn, eyni vəziyyət Nərimanov rayonunun bir neçə binasının tikintisi zamanı da yaşanıb. Burada sakinlərlər ilə sahibkarlar arasında anlaşılmazlıq yaranıb”.
1 kv.m-ə nə qədər pul verilir?
Bir çox hallarda vətəndaşların özlərinin süni maneələr yaratdıqlarını deyən R.Qasımzadə bildirib ki, hazırda sahibkarlar mənzilin hər kv.m-ə 2 min manatdan artıq pul təklif edirlər. Buna baxmayaraq, sakinlər bazar qiymətindən qat-qat yuxarı, fantastik qiymətlər oxuyurlar: “Məsələn, Nərimanovda sahibkar kv.m-i 2 min manat ödəməyə hazırdır. Amma birinci mərtəbənin sakinləri bu qiymətlə razılaşmırlar. Bildirirlər ki, bizə kv.m-i 5 min manatdan pul ödəməlisən. Bu da təbii ki, narazılıq yaradır”.
Birinci mərtəbədə yaşayan sakinə pul verilməlidir, yoxsa mənzil?
O zaman belə bir sual yaranır. Birinci mərtəbədə yaşayan sakinə nə qədər pul verilməlidir?
“Yeni tikilən çoxmənzilli binaların birinci mərtəbəsi əsasən, qeyri-yaşayış sahəsi hesab edilir. Yəni burada zirzəmi, qaraj və mağaza sahəsi yerləşir, ikinci mərtəbə isə ofis təyinatlı olur. Yaşayış sahəsi üçüncü mərtəbədən başlayır. Birinci mərtəbənin sakinlərinə istənilən mərtəbədə ev seçmək imkanı yaradılır.Vətəndaşlar isə bunu düzgün başa düşməyib deyir ki, mağazaların yerləşdiyi qeyri-yaşayış sahəsindən mənə yer verin. Əgər yaşadığı mənzil sənədlə qeyri-yaşayış sahəsidirsə, vətəndaş haqlıdır. Əks təqdirdə, yaşayış sahəsi kimi heç bir vətəndaşa 5 mindən artıq pul verilə bilməz. Bilirsiniz ki, qeyri-yaşayış sahələrinin qiyməti yaşayış sahələrinin qiymətindən iki, bəzən də üç dəfə artıqdır. Yəni mənzilin 1 kv.m-i 1500 AZN-dirsə, birinci mərtəbədəki qeyri-yaşayış sahəsinin qiyməti isə minimum 5000 AZN-dən başlayır”, - deyə ekspert söyləyib.
Ramil Qasımzadə onu da əlavə edib ki, “xruşşovka”lar yox, ümumiyyətlə, ötən əsrin əvvəllərindən etibarən tikilən, istismar müddəti bitən “İtalyan”, “Minsk” və “Stalin” layihəli evlər də sökülməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

