Göz çıxaran eynəklər...
25.05.2023 [12:03]
Keyfiyyətli məhsulu necə seçməli?
Yeganə BAYRAMOVA
Havalar isindikcə gün eynəkləri əsas aksessuarlarımızdan birinə çevrilir. Belə ki, gözlərimizi qızmar yay günəşinin şüalarından qorumaq üçün gün eynəklərindən istifadə vacibdir. Bu gün eynəkləri nəinki optik mağazalarda, istənilən supermarketdə, adi ərzaq dükanlarında, yol kənarlarında almaq mümkündür. Qiymətlər isə müxtəlifdir. Məsələn, yol kənarlarında satılan eynəkləri 5 manata da almaq olur. Supermarketlərdə qiymət 10 manatdan, optik mağazalarda isə 25-30 manatdan başlayır. Maraqlıdır ki, ucuz qiymətə satılan eynəklərin üzərində “Gucci”, “Dior”, “Ray.Ban” kimi bahalı brendlərin adları yazılır. Halbuki bu markadan olan eynəklərin orijinalının ən ucuzu 120 dollardan başlayır. Bu baxımdan alıcılar əlçatan olduğu üçün daha çox ucuz eynəklərə üstünlük verir, alan da, satan da “razı” olur...
Araşdıranda məlum olur ki, pərakəndə şəkildə satılan eynəklər əsasən Çin, Hindistan, Pakistan, İran və Türkiyədən gətirilir. Bu eynəklər yoxlamadan keçirilmir, göz üçün zərərli olub-olmadığı araşdırılmır. Mütəxəssislər dəfələrlə qeyd edirlər ki, saxta eynəklər sözün əsl mənasında insanı kor edə bilər. Bu, ilk vaxtlar hiss edilməsə də, fəsadı bir müddət sonra özünü büruzə verməyə başlayır.
“Başım gicəlləndi, az qaldım yıxılam”
Müsahibimiz Gültəkin İsmayılova saxta eynəkdən istifadə etdiyi zaman başına gələnləri danışıb: “Optik mağazaların birindən endirimlə 63 manata gün eynəyi aldım. Bu eynəkdə özümü çox rahat hiss edirdim. Ancaq itirdiyimə görə yenidən baha qiymətə eynək almaq imkanım olmadığından “28 May” metro stansiyasının yaxınlığındakı keçiddən 7 manata eynək aldım. Almamışdan əvvəl taxdım, gözümə yaxşı otururdu, sifət quruluşuma yaraşırdı, görməmdə də heç bir problem yox idi.
Eynəyi sabahısı gün taxıb işə getdim. Yolda başım gicəllənməyə başladı. Amma başa düşmədim ki, eynəyə görədir. Fikirləşdim ki, yəqin qanım aşağı düşüb. Eynəyi ikinci dəfə taxanda başımın yenə gicəllənməsindən başa düşdüm ki, səbəbkar 7 manatlıq eynəyim imiş”.
5-6 manatlıq eynəklər katarakta yaradır
Oftalmoloq Nüşabə Allahverdiyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir istehlakçının eynəyi optik mağazalardan alması məsləhətlidir. Onun sözlərinə görə, şüşə eynəklər daha məqsədəuyğundur. Plastik eynəklər isə ziyandır. Həkim qeyd edib ki, metro keçidlərində ucuz qiymətə satılan eynəklər günəş şüalarının qarşısını almır, əksinə gözün bu şüaları daha çox qəbul etməsinə səbəb olur: “Keyfiyyətsiz eynəklər, həmçinin torlu qişaya zədələyici təsir göstərir. Hətta uzun müddət bu cür eynəkdən istifadə gözdə kataraktanın yaranmasına gətirib çıxarır. Keyfiyyətsiz eynəklər gözdə xəstəliklərin yaranma prosesini daha da sürətləndirir”.
Orta səviyyəli eynəyin yalnız şüşəsi 15 manata başa gəlir
Həkimin sözlərinə görə, metro keçidlərində satılan gün eynəklərinin xam maddəsi, nədən hazırlandığı bəlli deyil: “Bu cür eynəkləri gözdə 1-2 dəqiqədən artıq saxlayanda adamın gözündə yorğunluq, ağırlıq yaranır, göz ağrıyır. Orta səviyyəli şüşənin hazırlanması, yəni, maya dəyəri 14-15 manata başa gəlir. Eynəyin digər hissələrini də bura əlavə etdikdə, maya dəyəri 40-60 manat arasında dəyişir. Amma 5-6 manatlıq eynəyin şüşəsinin nədən hazırlandığı bəlli deyil, klyonkadan, qablardan və s. xammaldan hazırlandığından bu cür eynəklərin xeyirdən çox ziyanı var”.
İstehlakçıların çox vaxt şüşə eynəklərə üstünlük verdiyini deyən N.Allahverdiyeva bildirdi ki, orqanik şüşəli eynəklər də keyfiyyətlidir: “Optik mağazalarda satışda olan eynəklərin 90 faizi orqanik olur, yalnız bəzi markaların istehsalı olan eynəklərin cəmi 10 faizi şüşə olur”.
Tünd şüşələr ziyandır
Oftalmoloq qeyd edib ki, çimərlikdə, adi günlərdə, sükan arxasında ayrı-ayrı formalı və şüşəli eynəklər taxılmalıdır: “Məsələn, sürücülər üçün eynəyin “polaroid” olması önəmlidir. “Polaroid” eynəklər bir neçə saat ərzində yolda sükan arxasında olan adamın gözlərini yormur, yolu daha aydın görməsinə səbəb olur. Buna görə də sürücülər üçün “polaroid” şüşələr məsləhətdir”.
Alıcıların adətən daha tünd şüşəli eynəklərə üstünlük verməsinə gəlincə, həkim söyləyib ki, normalda şüşənin tündlüyü 60-70 faiz olmalıdır: “Daha tünd şüşəli gözlüklər gözə zərərlidir. Hətta bir az çox taxanda göz dibinin suyunu quruda bilər”.
Nəyə fikir verməli?
N.Allahverdiyeva bildirib ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən eynəklər almaq məsləhətdir: “Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynatmaq lazımdır. Dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq məsləhətdir. Ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq olar.
Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin də saxta olduğuna əmin ola bilərsiniz. Metro keçidlərindən eynək alarkən bəzən çərçivələri də əyri olur. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur”.
Korluq yarada bilər
Oftalmoloqun sözlərinə görə, keyfiyyətli gün eynəyindən istifadə gözümüzdə günəşin yaratdığı zərərli şüalar nəticəsində erkən yaşlarda ortaya çıxa biləcək kataraktanın yaranma riskini azaldır: “Qlobal istiləşmə səbəbindən günəşli günlərin sayı və zərərli şüalar getdikcə artmaqdadır. Gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində “sarı nöqtə” xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də keyfiyyətli gün eynəyindən istifadə vacibdir”.
Gün eynəkləri görməni zəiflədir
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov hazırda Azərbaycanda satışda olan gün eynəklərinin əksəriyyətinin keyfiyyətsiz olduğunu bildirib. Onun sözlərinə görə, istehlakçı hüquqlarını qoruyan təşkilatlar hər 3 ildən bir toplananda bu mövzunu aktuallaşdırırlar. Birlik sədri qeyd edib ki, gün eynəkləri əslində, görmənin zəifləməsinə səbəb ola bilir: “Bu eynəklər əmtəə bazarına daxil olmadan sertifikatlaşmalı və yoxlanılmalıdır. Lakin təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə iş görülmür. Nazirlər Kabinetinin 343 nömrəli qərarı (Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında) ləğv olunub. Əsl firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynəyin üzərində “polaroid” yazılıbsa, həmin testə baxdıqda adi gözlə görünməyənləri görmək olur”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52

