Turizm sektoru canlanır...
26.06.2023 [11:30]
Daha çox hansı bölgələrə maraq var?
Yeganə BAYRAMOVA
Ölkəmiz turizmin inkişafı üçün bütün mövcud imkanlardan istifadə edir. Azərbaycan turizm baxımından kifayət qədər geniş perspektivlərə malik ölkə hesab olunur. Turizmin inkişafı üçün kifayət qədər təbii ehtiyatlara, maddi-texniki bazaya malik ölkələr sırasındayıq. Sevindirici haldır ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizdə yaradılan infrastruktur, həmçinin yeni hotel və digər istirahət mərkəzləri şəhər və rayonlarımıza olan marağı artırıb. Belə ki, ölkəmizə gələnlər tur paket seçərkən onun bir neçə gününü Bakıya, qalanını isə bölgələrə sərf edirlər. Bu, həm də o deməkdir ki, iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə bölgələrdə də diqqət mərkəzindədir və bu istiqamətdə böyük uğurlar əldə edilib. Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar kimi rayonlarımızda istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.
23 faiz artım
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycana turist axını 23 faiz artıb. Məlumdur ki, hər il yay mövsümündə Azərbaycanda turizm sektorunda canlanma müşahidə edilir. 2020-ci ildə başlayan koronavirus pandemiyası səbəbindən bu sektorda zəifləmə olmuşdu. Artıq pandemiya səngiyib. Bu il daha çox turist axını olacağını düşünənlər var.
Yerli turistlər
Ölkəmizdə turizm sektorundakı mövcud durum barədə “Yeni Azərbaycan”a danışan turizm üzrə ekspert Ramin Zamanov bildirib ki, hazırda yerli əhali daha çox ölkə daxilində istirahət etməyə üstünlük verir. Xüsusilə bayram günlərində rayonlara axın daha çoxdu və rayonlardakı qiymətlər adi günlərə nisbətən bayramlarda bir az fərqli olur: “Əsasən Quba, Şəki, Balakən, Qax, eyni zamanda Cənub bölgələrinə səyahət edənlər çoxalır. Kimlərsə fərdi evlərdə ödənişli əsaslarla qonaq qismində qalırlarsa, qiymətlər adətən 50 manatdan, 200-250 manata qədər dəyişir”.
60-70 manatdan başlayan
qiymətlər
Ekspertin sözlərinə görə, hoteldə qalanların sayı da az deyil, hətta bəzi hallarda yer tapmaq da çətin olur: “Qiymətlər isə 60-70 manatdan, 300-350 manata qədər dəyişir. Təbii ki, bu da hotelin komforta, ulduz klassına və yerləşdiyi məkana görə təyin edilir. Əvvəlki illərə nisbətən evlərdə qalan insanların sayı daha çoxdur. Bunun da kənd turizminə müsbət mənada böyük təsirləri var. Lakin yaxşı olardı ki, həmin kənddəki ev sahibləri evlərə daha çox diqqət göstərib, müəyyən xidmətlər əlavə edərdilər. Məsələn, təmizlik və yaxud qidalanma ilə bağlı xidmətləri qeyd edə bilərik. Düşünürəm ki, növbəti illərdə artıq bu istiqamətdə olan tələblər müvafiq təkliflə üst-üstə düşə biləcək”.
Xarici turistləri cəlb edən
nədir?
R.Zamanov qeyd edib ki, bu il ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunur: “Azərbaycan digər ölkələrdən, o cümlədən Avropadan turistlərin maraq göstərdiyi səyahət istiqamətləri sırasındadır. Demək olar ki, bu mövsümdə Bakıda və regionlarımızda olan bütün hotellərdə sıxlıq müşahidə olunur. Hazırda da xaricdən turist axını davam edir. Xarici qonaqlar Bakı ilə yanaşı, ayrı-ayrı bölgələrə - Gəncə, Göygöl, Qəbələ, Şəki, İsmayıllı, Quba, Qax, Xaçmaz, Balakənə xüsusi maraq göstərirlər. Ölkəmizin təbiəti, mədəniyyəti, adət-ənənəsi və mətbəxi onları özünə cəlb edir”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43

