Taksi qiymətləri artdı...
26.07.2023 [11:32]
Bəs keyfiyyət necə olacaq?
Azərbaycanda fəaliyyət göstərən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərinin qiymətlərində artım olduğu bildirilir. Şirkətlər taksilərdə gediş haqqının minimal qiymətini artırıb. Belə ki, dünəndən etibarən hər üç şirkətdə məsafədən asılı olmayaraq minimal qiymət 2.50 manat olacaq. Bundan əvvəl “Yango”, “Uber”də minimal gediş 1 - 1,2 manat, “Bolt”da isə 1,5 - 1,6 manat olaraq dəyişirdi.
Qiymət artımına səbəb olan amillər...
Taksi şirkətlərindən əldən olunan məlumata görə, bahalaşmaya bazar üzrə qoyulan tələblər səbəb olub. Onlayn taksi xidmətləri tələbləri nəzərə alaraq sürücülərə əvvəllər təklif etdikləri bonusları ləğv edib. Bu da nəticədə qiymətlərə təsir edib. “Bolt” və “Uber” şirkətlərindən isə bildirilib ki, məsələyə qısa zamanda aydınlıq gətiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də onlayn taksi xidmətlərində müşahidə olunan qiymət artımını dolayısı ilə təsdiq edib. Məlum olub ki, qiymət artımı ilə indiyə qədər şirkətlərin tətbiq etdikləri dempinq aradan qaldırılacaq.
Agentlikdən bildirilib ki, taksi minik avtomobilləri ilə daşımalarda qiymətlər tələb və təklif əsasında müəyyən olunur. Mövcud vəziyyətdə bəzi taksi sifarişi operatorları öz maliyyə imkanları hesabına qiymət dempinqi tətbiq edirlər ki, bu da haqsız rəqabət mühitinin formalaşmasının başlıca səbəbidir: “Nəticədə, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi aşağı düşür, sürücülər əmək qanunvericiliyində nəzərdə tutulan müddətdən daha artıq işləmək məcburiyyətində qalırlar, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlaya bilmirlər. Bu da birbaşa xidmət keyfiyyətini aşağı salır və təhlükəsizlik risklərini artırır”.
AYNA bir daha bütün iştirakçıların maraqlarının qorunması, eləcə də haqsız rəqabət şəraitinin qarşısının alınması məqsədilə taksi sifarişi operatorlarına daşımaların subsidiyalaşmasının dayandırılması barədə xəbərdarlıq edib.
Keyfiyyət çox aşağıdır
Mövzu barədə “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, taksi fəaliyyəti ilə bağlı hazırda ölkədə, xüsusən də paytaxtda xaotik vəziyyət hökm sürür. Ekspertin sözlərinə görə, son illər taksi fəaliyyəti ilə məşğul olanların sayı hədsiz artıb və artmaqda da davam edəcək.
Ekspert keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində tədbirlər görülməli olduğunu bildirib: “Hazırda taksi qiymətləri münasibdir. Ölkədə bu sahədə mövcud olan daşıma qiymətlərini digər ölkələrlə müqayisə etsək görərik ki, qiymətlər münasibdir. Yəni, bir yerdən başqa yerə bir manat, iki manat, üç manat kimi aşağı tariflərlə getmək olur. Amma burada keyfiyyət çox aşağıdır. Yəni, istər sərnişinlərlə sürücünün davranış münasibəti, həmçinin avtomobillərin texniki vəziyyəti, onların komfortu ilə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil”.
Elə bir qanun layihəsi hazırlanmalıdır ki...
Ekspert deyib ki, bu cür taksi xidmətləri əsasən məlumat bazası xaricdə olan beynəlxalq şirkətlər tərəfindən təşkil olunur, bu isə ölkədən valyutanın çıxmasına, ölkənin gəlirlərinin xaricə axmasına səbəb olur: “Artıq taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, həm də taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək. Çünki taksilərdə gediş haqqı artırsa, bu zaman vətəndaşların daha rahat və komfortlu olması üçün keyfiyyətin də artırılmasına ehtiyac var. Düzdür, bu iki şərtin eyni arada olmağı bir az çətin məsələdir, çünki keyfiyyətlə kəmiyyət bir-birinə tərs mütənasibdir. Keyfiyyət yüksəldikcə kəmiyyət, yəni, qiymət demək olar ki, ona mütənasib olaraq artacaq. Taksi fəaliyyəti ilə elə bir qanun layihəsi hazırlamaq lazımdır ki, qeyd etdiyimiz kimi, həm kəmiyyət, yəni, qiymət siyasəti, həm də keyfiyyət siyasəti vətəndaşları qane edəcək səviyyədə olsun”.
Daha az gediş, daha çox vəsait
İqtisadçı Fuad İbrahimov bildirib ki, taksilərdə qısa məsafəyə gediş haqqının artması qiymətlərə çox da əhəmiyyətli təsir göstərməyəcək: “Qiymətlər, əsasən qısa məsafəli gedişlərdə qalxıb. Qısa məsafəli gedişlər ümumi taksi gedişləri içində çox azdır. Ona görə də bu, elə də əhəmiyyətli artım deyil. Sürücülərin daha az gediş edib, daha çox vəsait götürməsinə səbəb olacaq. Bu baxımdan sürücülərin qazancında böyük itki olmayacaq. Yeni qiymətlərin sərnişin bazasının azalmasına təsir göstərəcəyini də düşünmürəm”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

