2040-cı ilədək...
12.10.2023 [11:35]
Bakıda tramvay xətləri qurulacaq
Günel ABBASOVA
Bakının yeni baş planında ərazinin zonalaşdırılması, yeni mühəndis kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Yeni baş plana əsasən həm də paytaxtda 50 km-ə qədər tramvay xəttinin çəkilməsi diqqəti cəlb edir.
Bundan başqa, metro stansiyalarının sayı 47-yə çatdırılacaq. Şəhərdə sıxlığın qarışını almaq üçün isə bir çox işlər görüləcək ki, onlardan biri də Lökbatan qəsəbəsində yeni avtovağzalın inşasıdır.
Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır.
Milli Məclisin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, paytaxtda tramvay xətlərinin çəkilməsi uzun müddətdir müzakirə edilən məsələlərdəndir: “Artıq praktiki olaraq tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ razılaşdırılıb. Tramvay xətlərinin çəkilməsi və metrodan istifadə edilməsi vacibdir. Çünki bu, bir tərəfdən Bakıda tıxacların azalmasına və digər tərəfdən, vətəndaşlarımızın ictimai nəqliyyatdan daha fəal və daha əlçatan şəkildə istifadə etməsinə gətirib çıxaracaq və xüsusən nəzərə alsaq ki, bu gün əksər Avropa ölkələrinin paytaxtlarında, eləcə də şəhərlərində tramvaylardan istifadə olunur. Bu, ekoloji baxımdan təmiz tıxacın aradan qaldırılmasına xüsusi töhfə verir, digər tərəfdən isə vətəndaşların uzun və daha sürətli nəqliyyat növündən istifadəsinə imkan yaradıb.
Ona görə də paytaxtda artıq bu istiqamətdə işlər sürətlənib və bu istiqamətdə işlərin sürətlənməsi, travmay xətlərinin çəkilməsi nəticə etibarı ilə paytaxtda nəqliyyatın inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan gözlənti ondan ibarətdir ki, paytaxtda nəqliyyat infrastrukturunun inkişaf etməsi və bu istiqamətdə aparılan islahatlar və tədbirlər bütövlükdə Bakı şəhərinin nəqliyyat xəritəsinin dəyişməsinə imkan verəcək. Keyfiyyət baxımından bu dəyişiklik həm də vətəndaşlarımız üçün daha əlçatan ictimai nəqliyyat xidməti və eyni zamanda paytaxt sakinləri üçün daha az tıxac anlamına gəlir”.
Ekoloji təmiz nəqliyyat növünün inkişafı
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, Bakı şəhərində tramvayların tətbiqi və yaxud istifadəsi Bakının Baş planında nəzərdə tutulan bir təklifdir: “Bu təklifin 2040-cı ilə qədər reallaşdırılması nəzərdə tutulur. Tramvay ekoloji, təmiz ictimai nəqliyyat növüdür və dünyanın bir çox ölkələri bu nəqliyyat növünü daim qoruyub saxlayır, istifadə edir. Hazırda tramvay xətlərinin yerində binalar tikilib, infrastruktur layihələr həyata keçirilib və bu gün o işlərin görülməsi, yenidən bərpa olunması çox ağır bir prosesdir. Həqiqətən, bunu kimsə sadə bir variant kimi qəbul edirsə, bu, səhv yanaşmadır. Çünki bu həqiqətən qəliz bir prosesdir və bunun belə asanlıqla həyata keçəcəyi barədə düşüncələr yanlış düşüncələrdir.
Ciddi təhlillər aparılmalıdır və ondan sonra tramvayları bərpa etmək mümkün ola bilər. Dediyim kimi, tramvay ekoloji cəhətdən təmiz nəqliyyat növü olaraq vacibdir, konkret marşrut üzrə hərəkət edir, xətdən çıxma ehtimalı sıfıra bərabərdir. Onun zolağına heç kim daxil olmamalıdır və belə olan halda ictimai nəqliyyatın yeni bir növü vətəndaşlarımıza təqdim olunacaq. İctimai nəqliyyata maraq artacaq. Bu gün yollarımızda, sıxlığın, tıxacın əsas səbəblərindən biri odur ki, insanlarda artıq avtomobilləşməyə maraq daha çoxdur. Ona görə də biz ictimai nəqliyyatın digər növlərinin inkişafına maraqlıyıq və buna da çalışırıq”.
Artan tıxacların ən optimal həlli
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımovun sözlərinə görə, ümumiyyətlə ictimai nəqliyyatın əmlak sektoruna müsbət təsirləri ondan ibarətdir ki, həmin infrastruktur olan yerlərdə əmlakın qiymətləri digər sahələrdən fərqli olaraq daha da artıq olur: “Çünki nəqliyyat infrastrukturuna yaxın olan ərazilərdə yerləşən evlər, mənzillərdə rahat olur, əlavə vaxt və əlavə xərc etmirlər deyə həmişə həmin ərazilərdə əmlakın qiymətləri baha olur. Nəqliyyat infrastrukturunun yaşayış məntəqələrinə yaxın yerləşməsi əmlakın həm dəyərinə təsir göstərir, həm onların likvidliyinə təsir göstərir. Alqı-satqı əməliyyatları daha çox olur. Çünki insanlar rahat bir məkanda yaşamağı üstün tuturlar və əmlakın qiymətinə də ən təsir göstərən vacib bir element həmin onun yerləşmə yeri ilə bağlı olur.
Təbii ki, bu gün Bakı şəhərində tıxacın gündən-günə artdığını və vəziyyətin ağırlaşdığını hamımız müşahidə edirik. Bu da təbii olaraq insanların vaxt itkisinə, əsəb sisteminə təsir göstərir, Təbii ki, bu kimi layihələrin reallaşdırılması paytaxtla yanaşı, turizm sahəsinə də müsbət təsir göstərər. 2022-2040-cı illər üzrə olan və baş planda da tramvay xətlərinin çəkilişi nəzərdə tutulub. Lakin bunun konkret hansı ərazilərdə olacağı ilə bağlı hələ ki, konkret bir plan yoxdur. Doğrudur, orada nəqliyyat şəbəkəsinin olacağı, metro xətlərinin, metro nəqliyyat sisteminin inkişafı, bundan başqa, dəmiryol nəqliyyat şəbəkəsinin qurulması, həmçinin də tramvay xətlərinin inşası nəzərdə tutulub. Ancaq onu da qeyd edək ki, bir neçə ilə bunun həyata keçirilməsi inandırıcı görünmür. Çünki ən azı o xətlərin ən azı mühafizə zonaları da bəlli olmalıdır. Yerləri bəlli olmalıdır və onun inşası ilə bağlı konkret bir detallı məlumat olsa, bu barədə daha dəqiq məlumat vermək olar”.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48

