Vitaminsizlik bir bəla, çox vitamin isə...
16.11.2023 [11:35]
Özbaşına vitamin qəbulunun ziyanları nədir?
Son zamanlar “Vitaminin zərəri yoxdur”, “Xəstələnməmək üçün vitamin qəbulu şərtdir”, “Uşağım yaxşı yemir, vitamin almalıyam” düşüncəsi ilə özbaşına vitamin qəbulu halları artıb. Düzdür, insan orqanizminin normal inkişafı üçün vacib elementlərdən biri vitaminlərdir. Vitamin əksikliyi nəticəsində bədəndə bir sıra problemlər baş qaldırmağa başlayır. Lakin həkim təyinatı olmadan vitaminlərin özbaşına qəbulu təhülkəlidir.
Mütəxəsisslər istənilən vitaminlərin orqanizmdə normadan çox olmasının sağlamlıq üçün ziyanlı olduğunu bildirirlər. Belə ki, vitaminlərin həddindən artıq dozada olması xərçəng, urolitiyaz və osteoporozun inkişafına səbəb ola bilər. Bu baxımdan istər böyüklərdə, istərsə də azyaşlılarda vitaminlərin normal dozada və həkim təyinatı ilə istifadəsi vacibdir.
Hər bir xəstə üçün fərdi doza...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən həkim Şəmsiyyə Namazlı bildirib ki, bədəndə vitaminlərin çox olması səbəbindən ciddi pozuntular başlaya bilər. Onun sözlərinə görə, böyük miqdarda Vitamin D qəbulu böyrəklərdə, ürəkdə, qan damarlarında kalsiumun çökməsinə və osteoporozun inkişafına səbəb olur: “C vitamininin normadan çox qəbulu urolitiyaz xəstəliyinə səbəb ola bilər. A vitamininin çox olması isə xərçəngə tutulma riskini artıra bilər.
Ümumiyyətlə, bu vitaminlərin profilaktik dozaları onların çatışmazlığını müalicə etmir. Bunun üçün testlər və düzgün müalicə təyin edən bir mütəxəssislə əlaqə saxlamaq tövsiyə olunur. Həkimlər hər bir xəstə üçün dozanı fərdi olaraq seçirlər”.
Yaşı 65-dən çox olanlar...
Həkim qeyd edib ki, insanların internetdə olan vitamin çatışmazlığı müalicəsi protokollarından istifadə etmələri də çox təhlükəlidir. Belə ki, bu da doza həddini aşmağa səbəb ola bilər: “Dərmanlarda göstərilən dozaların təsirsiz olduğuna səhvən inanırlar. Əslində, istehsalçı həddindən artıq dozanın qarşısını almaq üçün profilaktik normanı göstərir. Bu baxımdan vitaminlərin özbaşına qəbulu yolverilməzdir. Xüsusilə də yaşlı adamların həkim təyinatı olmadan vitamin qəbul etməsi təhlükəlidir. 65 yaş üzərindəki insanlara vitamin tərkibli dərmanların istifadəsinə icazə verilmir. Çünki vitaminlər o bədəndə yatmış olan hansısa xərçəng hüceyrəsini oyatmaq qabiliyyətinə malikdir. Tərkibinin miqdarı gündəlik vitamin ehtiyacından da az olan vitaminlərin bir zərəri dəyməz. Amma ciddi tərkibi olan vitaminlərin, xüsusilə B, A, E, D vitamininin qəbulu həkim göstərişi olmadan yolverilməzdir”.
E vitaminindən çox istifadə etsəniz...
Vitamin çatışmazlığının özünəməxsus əlamətləri olduğunu bildirən Ş.Namazlı müxtəlif sağlıq problemlərinin hansı vitamin əksikliyindən yarandığını açıqlayıb: “A vitamini çatışmazlığı xüsusilə görməyə təsir edir. Gözün zəifləməsinə səbəb olur. B12 vitamin çatışmazlığı yaddaşsızlığa, qan azlığına səbəb ola bilər.
D vitamini çatışmadıqda əzələ yorğunluğu, sümük ağrıları, tez yorulma halları baş verir. Qaraciyər üçün vacib olan vitamin E-dir. Bunu yenə də həkim təyin etməlidir. Bu vitamin çatışmadıqda yumurta hüceyrəsində spermatazoidin inkişafının ləngiməsinə səbəb olur. E vitaminindən hədsiz çox istifadə isə qaraciyərdə hepatitin yaranmasına gətirib çıxara bilər.
C vitamini çatışmadıqda immun sistemi zəif olur. Xəstəlik, virusa yoluxma halları artır. Miqdarı çox olduqda laxtalanma sisteminə təsir edir. Bu səbəbdən xüsusilə də C vitamini iynələrini həkim göstərişi olmadan qəbul etmək olmaz”.
Yatmış hüceyrələri oyada bilərsiniz...
Ş.Namazlı hazırda insanların daha çox həkim müayinəsi olmadan B12 iynələrini vurdurduğunu qeyd edib: “Hansısa B12-lərin qəbulu yatmış hüceyrələri oyada və xərçəng yaranmasına səbəb ola bilər. Xüsusilə də qan xərçəngi. Bunun üçün vitamin qəbul edən zaman insanlar çox ehtiyatlı olmalıdırlar”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18

