Böyük Qayıdışın təntənəsi…
23.11.2023 [11:30]
Laçına köçənlərin sayı 1326 nəfər oldu!
Yeganə BAYRAMOVA
44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünləri doğma yurdlarına qayıdışını təmin etməkdir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir.
Daha 81 nəfər Laçına köçdü
Ölkə başçısının tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Dünən növbəti köç karvanı Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülür. Hər ötən gün gözəlləşən Laçında artıq 346 ailə məskunlaşıb. Şəhərdə həyat öz axarı ilə davam edir. Eyni zamanda, Laçına köçürüləcək ailələrin məskunlaşması üçün tikinti və bərpa işləri davam etdirilir. Bununla da Laçın şəhərinə köçürülənlərin sayı 1326 nəfərə çatıb.
Hisslərim təsviredilməzdir…
Laçın sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Ramiz Umudov doğma torpağına qovuşması ilə bağlı təəssüratlarını bölüşüb: «Hisslərim təsviredilməzdir. Bu qayıdış həyatımın ən böyük, misli görünməmiş hadisəsidir.
Bir tərəfdən qayıtdığıma görə sevinir, digər tərəfdən şəhid verdiyimizə görə üzülürəm. Bu günləri bizə nəsib etmiş şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm”.
Çox xoşbəxtəm...
Laçın sakini Ülviyyə Atakişiyeva Laçını 12 yaşında valideynləri ilə birlikdə tərk edib: “Uşaqlığımı qoyub gəldiyim torpaqlara, doğma yurduma qayıdıram. Uşaqların yaddaşından heç nə çıxmadığı üçün o günləri qanlı-qadalı günlər kimi xatırlayıram. Qaçqın həyatı çox ağırdır. Kiçik bir dəhlizdə 5-10 ailənin bir yerdə yaşaması çox çətindir.
İndi isə şükürlər olsun ki, öz doğma torpağıma, yurduma geri dönürəm. Buna görə çox xoşbəxtəm. Bu günlərimizi şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Dövlətimizə təşəkkürümüzü bildiririk ki, torpaqlarımızı işğaldan azad edib, evlərimizi təmir edib və qayıtmağımıza şərait yaradıb. Hətta evimiz əvvəlkindən belə daha yaxşı təmir olunub”.
Torpaq həsrətinə Laçında son qoyacağam...
Laçın sakini Bayramov Nəsibin sözlərinə görə, 25 yaşında düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində Laçını tərk etməli olub: “Torpaq həsrətinə həmişəlik olaraq Laçında son qoyacağam və bunun üçün çox sevinirəm. Torpaqlarımızın müdafiəsində 4 qardaş iştirak etmişik. Bir qardaşım döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Prezidentimizi qorusun”.
Laçını ağlaya-ağlaya tərk etmişdim...
Laçın sakini Cəmilə Bayramovanın sözlərinə görə, doğma yurdu olan Laçına qayıdır: “Buna görə Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. 24 yaşımda ailəmizlə birlikdə Laçını ağlaya-ağlaya tərk etmişəm. Bu gün isə sevinə-sevinə həyat yoldaşım, oğlum və qızımla birlikdə Laçına dönürük. Orada yaşayıb, orada çalışacağıq.
Sevincimizin həddi-hüdudu yoxdur
Laçın sakini Rəşad Əsədov bildirib ki, uzun illər yataqxana şəraitində yaşamaq çox çətindir: “Bu gün uşaq ikən tərk etdiyim Laçına ailəmlə birlikdə dönürəm. 31 ildən sonra yurda qayıtmaq sevincimizin həddi-hüdudu yoxdur. Laçında sökülmüş evimiz artıq təmir olunub. İndi öz yurdumda, ev-eşiyimdə yaşamağa getdiyim üçün çox sevinirəm”.
83 yaşında Laçına qayıtdı...
Laçın sakini Vaqif Şükürovun sözlərinə görə, tarixdə indiyə kimi belə bir hadisə təkrarlanmayıb ki, bir dövlətin 20% ərazisi başqa bir dövlət tərəfindən 28 il işğal olunsun və 28 il işğaldan sonra o ərazi geri alınsın: “Əslində bunun özü bir möcüzə sayıla bilər. 83 yaşımda doğma yurdum Laçını görmək, Laçında yaşamaq məndə ruh yüksəkliyi yaradır. Bütün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdaraq yaşamalarını arzulayıram”.
Bundan böyük sevinc ola bilməz
Laçın sakin Rauf Şahsuvarov bildirib ki, Laçın günü-gündən dirçəlməkdədir: “Orada quruculuq işləri davamlı şəkildə aparılır. Bu isə hamımızı sevindirir. Doğma yurda qayıdışdan böyük sevinc hissi ola bilməz. Öz yurdundan uzun illər didərgin düşmüş insanların geri qayıtmalarını arzulayıram.
Xankəndidə üç rəngli bayrağımızın dalğalanması bizi ürəkdən sevindirdi. İnşallah oraya da sakinlərimiz qayıdacaq. Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Yəqin ki, ölkə başçısının rəhbərliyi, xalqımızın birliyi nəticəsində daha çox xoş günlərimiz qarşıda olacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

