Rabitə və texnologiya işçilərinin bayramıdır!
06.12.2023 [11:23]
Yeganə BAYRAMOVA
Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Artıq 17 ildir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi respublika ictimaiyyəti tərəfindən geniş qeyd olunur. Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Qazan xan hələ 1303-cü ildə Hülakülər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə Şah İsmayıl Xətai poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməlini qoyub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilib. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı inkişaf etdirilib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqlarının və Respublika üzrə yüzlərlə poçt şöbəsi binasının inşası məhz həmin dövrə təsadüf edir.
Azərbaycan müstəqillik qazanandan sonra da Heydər Əliyev rabitə sahəsinə xüsusi diqqət göstərib. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub.
Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri Heydər Əliyevin 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 2003-2012-ci illəri əhatə edən Milli Strategiyanın” təsdiq edilməsi haqqında Sərəncamı olub. Ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.
Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə isə bu tərəqqi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət alıb. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb.
2006-cı ildə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” dövlət başçısının Sərəncam imzalaması və Sərəncama uyğun olaraq hər il dekabrın 6-nın bu sahədə çalışanların peşə bayramı günü kimi təsis edilməsi göstərilən dövlət qayğısının daha bir təzahürü idi. Görülən işlərin nəticəsidir ki, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir.
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə qəlbdən təbrik edirik!
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

