Yeni təhlükə!
14.03.2024 [10:45]
Çində “X” xəstəliyi yayılıb...
Azərbaycanda vəziyyət necə olacaq?
Dünya ölkələri yeni təhlükəli xəstəliklə üz-üzədir. “X” xəstəliyi adlandırılan yeni təhlükə mənbəyi çoxunun qorxusuna çevrilməkdədir. Məlumat üçün bildirək ki, hələ 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X xəstəliyi”ni prioritet xəstəliklər siyahısına daxil etsə də, bu xəbər yalnız son aylarda ciddi müzakirələrə səbəb olub. Xəstəliyin törədicisi məlum deyil. Elə buna görə də xəstəliyə “X” adı verilib. “X”-in yayılma sürəti EBOLA və COVID-19-la müqayisədə daha çoxdur.
Qeyd edək ki, xəstəlik artıq Çində yayılıb. Çinli epidemioloqlar xəstəliyin qarşısının alınmasının çətin olacağını bildiriblər. Həkimlərin qənaətinə görə, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər.
Qeyd edək ki, “X” xəstəliyinin ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir. Xəstəlik asanlıqla mutasiyaya uğrayır. Maraqlıdır, bu xəstəliyin Azərbaycanda yayılma riski varmı?
Hazırda Azərbaycanda bu viruslar yayılıb...
Sualımızı cavablandıran infeksionist-həkim Süleyman Kərimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə bir neçə virus var: “Sağaldıqdan sonra yenidən eyni virusa yoluxmaq olmur, amma bir neçə gün ara ilə iki fərqli virusa yoluxmaq mümkündür. Ölkəmizdə daha çox qrip, koronavirus, rotavirus yayılıb. Qızılca da çox yayılıb, amma bilinən bir xəstəlikdir, səpkilərdən anlamaq olur və kəskin respirator virus infeksiyası deyil.
Amma digər viruslar bir-birinə bənzər formada müşahidə olunur. Koronavirusu isə çox vaxt analiz də etmirik, əvvəlki formada yox, daha yüngül formada gedir”.
“X”-in gələcəkdə yayılması gözlənilir...
Onun sözlərinə görə, hazırda Azərbaycanda “X” virusu yayılmayıb: “Qeyd etdiyim viruslar “X” deyil. Lakin “X” gələcəkdə yayılması gözlənilən bir virusdur. Bu da ÜST-ün hesablamalarına əsasən müəyyənləşir. Onlar hesablayıblar ki, belə pandemiya olacağı təqdirdə hazırlıqlı olaq”.
Xəstəliyin əlamətləri hansılardır?
İnfeksionist bildirib ki, “X”-lə bağlı əlamətlər birdən ortaya çıxır: “Xəstəliyin əlaməti kimi qızdırma, əzələlərdə ağrılar, huşun itirilməsi, boyun ağrısı, bel ağrısı, baş ağrıları, şişkin gözlər və işığa həssaslıq əsas götürülür. Eyni zamanda, ürəkbulanma, qusma, qarında narahatlıq, ishal və boğaz ağrısı da xəstəliyin simptomları arasındadır. Bundan başqa, insanın əhvalındakı kəskin dəyişikliklər, həyəcanlı yuxululuq da “X”-in xarakterin xüsusiyyətlərindəndir. Əlavə əlamətlər və simptomlar arasında sürətli ürək döyüntüsü, limfa düyünlərinin şişməsi də var”.
COVİD-dən 20 dəfə daha təhlükəli...
Həkim qeyd edib ki, ictimaiyyəti ölümcül “X xəstəliyinə” hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək. Onun sözlərinə görə, gələcəkdə pandemiyaya səbəb ola biləcək bir sıra patogenlər var: “Onlar mütləq böyük epidemiyaya səbəb olmayacaq, lakin belə potensiala malikdirlər. Mütəxəssislər koronaviruslar, hemorragik qızdırmalar, Zik virusu, Nipah virusu və başqaları kimi patogenlərə nəzarət edirlər. “X xəstəliyinə” ilk yoluxma halını müəyyən etdikdən sonra qısa müddətdə dərman hazırlamaq və istifadə etməyə imkan verəcək mexanizm hazırlamaq istəyirlər. ÜST-ün hesablamalarına görə, hələ də məlum olmayan xəstəlik koronavirusdan 20 dəfə daha təhlükəli ola bilər. Gələcək pandemiya üçün ən çox ehtimal olunan namizədlər arasında quş qripi, hemorragik qızdırmalar, Zik və Nipah virusları da var”.
İndidən hazırlaşmaq lazımdır...
Xatırladaq ki, bundan əvvəl ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bəşəriyyət gec-tez yeni “X” xəstəliyi ilə üz-üzə qalacaq və buna indidən hazırlaşmaq lazımdır: “COVİD-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqəti dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir. Bu böhranlar bizə baha başa gələcək. Söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir. İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti “X xəstəliyi”nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVİD-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşacaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

