Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
15.12.2017 [10:11]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tədbirlər Planına uyğun olaraq dekabrın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək deyib: “2017-ci il dekabr ayının 15-də akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi tamam olur. Akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınmışdır. Onun elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, təbii ehtiyatların qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirmişdir”.
Ali Məclisin Sədri deyib: “Akademik Həsən Əliyev ölkəmizdə torpaqşünaslıq və tətbiqi ekologiya elmlərinin əsasını qoymuş, onun rəhbərliyi ilə Azərbaycanın qiymətli sərvəti olan torpaq fondu ilk dəfə pasportlaşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olmuşdur. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və mühafizəsinin təşkili böyük alimin elmi və ictimai fəaliyyətinin əsaslarını təşkil edirdi. Onun elmi fəaliyyəti nə qədər çoxsahəlidirsə, bir o qədər bütöv və tamdır. Buna görədir ki, coğrafiyaçılar onu coğrafiyaşünas, ümumi əkinçilik və torpaq nəzəriyyəsi ilə məşğul olanlar torpaqşünas, ətraf mühit mütəxəssisləri isə ekoloq adlandırırdılar. Bir sözlə, akademik Həsən Əliyevin apardığı elmi tədqiqatlar nümunə gücündə olmuş, ümumdünya miqyasında mühüm elmi nailiyyətlər kimi təsdiq və qəbul edilmişdir”.
Ali Məclisin Sədri deyib ki, akademik Həsən Əliyevin təbiətin mühafizəsi, ondan səmərəli istifadə edilməsi sahəsində apardığı tədqiqatların və gördüyü işlərin miqyası böyükdür.
Diqqətə çatdırılıb ki, akademik Həsən Əliyev Naxçıvan Muxtar Respublikasının da zəngin təbiətini tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dəyərli tövsiyə və təkliflər verib. Bu gün görkəmli alimin Naxçıvan Muxtar Respublikasının ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib. Naxçıvanda yaşıllıq zolaqları, meyvə bağları salınır, qədim meyvə sortları bərpa edilərək əkin dövriyyəsinə qatılır. Bir vaxtlar muxtar respublikada yaşıl örtük sahəsi ümumi ərazinin bir faizini keçmirdisə, hazırda bu göstərici 14 faizdən çoxdur.
Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin xidmətləri layiqincə qiymətləndirilib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 2003-cü il iyunun 16-da akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılıb, 2009-cu ildə Milli Parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Muxtar respublikanın ən böyük müəssisələrindən olan “Araz” Elm-İstehsalat Birliyi akademik Həsən Əliyevin adını daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən görkəmli alimin 110 illik yubileyi ilə bağlı muxtar respublikada müxtəlif tədbirlər, elmi konfranslar keçirilib, gənclərin və tələbələrin Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları təşkil edilib, Naxçıvan şəhərindəki Həsən Əliyev adına küçə yenidən qurulub.
Sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov çıxış edib.
Tədbirin aparıcıları akademik Həsən Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun “Həyəcan təbili” əsərindən parçalar oxunub.
Sonra akademik Həsən Əliyevlə bağlı Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Torpağa, Vətənə bağlı ömür” adlı sənədli televiziya filminə baxış olub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

