ABŞ-dan Rusiya “Kinjal”ına cavab
06.04.2022 [10:06]
Pentaqon yeni hipersəs raketini sınaqdan keçirdi
Pərviz SADAYOĞLU
Qərb ilə Rusiya arasındakı çoxvektorlu çəkişmələr həm də yeni nəsil silahların “testləri” ilə yadda qalır. Bu dəfə ABŞ rəqibi qarşısında “əzələ nümayiş etdirib”. Belə ki, Pentaqon mart ayının ortalarında hipersəs raketini uğurla sınaqdan keçirib. Yayılan xəbərlərə görə, bu sınağın “gizli” saxlanmasının səbəbi Rusiyadır. ABŞ Kremllə gərginliyi artırmaq istəmədiyi üçün bu informasiyanı geniş ictimaiyyətə açıqlamayıb. CNN isə bu barədə müdafiə məsələləri üzrə mənbəsinə istinadən məlumat yayıb. Bildirilir ki, “Hypersonic Air-breathing Weapon Concept (HAWC) raketi B-52 bombardmançı təyyarəsindən buraxılıb. Maraqlıdır ki, məlum raketin sınağı Rusiyanın Ukraynada öz hipersəs raketindən istifadə edəcəyini elan etməsindən bir neçə gün sonra həyata keçirilib. İnformasiyada o da qeyd edilir ki, ABŞ rəsmiləri iki həftədir ki, hipersəs raketin test olunması ilə bağlı susurlar. Çünki onlar Ukraynanın bombalanmasının artması fonunda Kremlin yeni təxribatlar törətməməsinə çalışırlar. O da vurğulanır ki, amerikalılar təhlükəli silahı sınaqdan keçirən zaman Bayden Avropaya, xüsusən də Polşaya səfərə hazırlaşırmış.
Yeri gəlmişkən, Rusiya da bir müddət öncə Ukraynanın qərbində “Kinjal” hipersəs raketlərindən istifadə etmişdi. Bundan sonra isə ABŞ prezidenti Co Bayden bildirmişdi ki, “Kinjal”lar faktiki olaraq qarşısıalınmaz raketlər sayılırlar. “O, hər hansı digər raketlə eyni döyüş başlığına malikdir. Böyük bir fərqi yoxdur. İstisna odur ki, onu demək olar ki, dayandırmaq qeyri-mümkündür”, - ABŞ lideri deyib.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, hipersəs raket sınağı ABŞ üçün yenilik deyil. HAWC isə ABŞ Müdafiə Nazirliyinin hipersəs silahları yaratmaq üçün həyata keçirdiyi çoxsaylı proqramlardan biridir. Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri ARRW layihəsi çərçivəsində hipersəs raketlərinin iki sınağını keçirmişdi. Hər iki sına? uğursuzluqla nəticələnmişdi: “HAWC raketinin ilk uğurlu sınağı ötən ilin sentyabrında baş tutub. Bu raketin bir sıra özünəməxsus xüsusiyyətləri mövcuddur. Digər raketlərdən fərqli olaraq HAWC oksigenlə zəngin atmosferdə daha yaxşı işləyir. Sürət və manevr qabiliyyəti isə onun aşkarlanmasını çətinləşdirir. Tərtibatçıların fikrincə, raket partlayıcısız belə əhəmiyyətli kinetik enerjiyə malikdir. Bu kimi raketlər yeni nəsil silahlar sayılırlar. Böyük dövlətlərin apardığı bu kimi sınaqlar isə həm də digər ölkələr üçün bir “təqdimatdır”. ABŞ-ın atdığı addım da bu müstəvidə izah oluna bilər”.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatlar zamanı özünün müasir silahlarından istifadə etməsi ABŞ-ı da bu kimi gizli saxlanılan silahlarını üzə çıxarmağa vadar edib. “Ümumiyyətlə, Ukrayna müharibəsindən öncə də ABŞ ilə Rusiya qarşılıqlı olaraq bu kimi “testlər” vasitəsilə müasir silahlarını nümayiş etdirirdilər. Düzdür, həmin silahlar satış üçün nəzərdə tutulmur. Amma əsas rəqiblər bundan özləri üçün “dərs” götürürlər. İndiki halda da Pentaqon Rusiyanın “Kinjal” hipersəs raketindən istifadəsi ilə bağlı iddialara bu addımla cavab vermiş oldu”, - deyə hərbi ekspert əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

