Ukrayna əraziləri Polşanın hədəfində...
25.05.2022 [10:37]
Rusiya sərhədlərinə yaxınlaşmaq üçün yeni plan
Analitiklər dağıdıcı müharibə poliqonuna çevrilən Ukraynanı dadlı piroqa bənzədirlər. Bu ölkənin hazırkı çətinlikləri fonunda “yetimə can-can” deyən ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar bu piroqdan özlərinə pay götürmək və siyasi-iqtisadi dvidendlər qazanmaq istəyirlər. Proseslərin gedişindən o nəticə hasil olur ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü də təhdidlər altındadır. Nə qədər qəribə görünsə də, təhlükələr həm də dostlardan gözlənilir.
Polşanın köhnə iddiaları yeni situasiyada
Müharibədə Polşa Ukraynanın ən qızğın tərəfdarlarından biri qismində çıxış edir. Bu ölkə Rusiyanın zəiflədilməsinə hesablanan sanksiyaların hazırlanmasında və tətbiqində yüksək fəallıq nümayiş etdirir. Sosial şəbəkələrdə Şimali Atlantika Alyansına (NATO) məxsus texnikanın məhz Polşa ərazisindən Ukraynaya daşınmasını əks etdirən foto və video materiallar yayımlanıb. Bundan başqa, müharibə səbəbindən doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalan ukraynalı qaçqınların böyük bir ordusu Polşada sığınacaq tapıb.
Ancaq belə görünür ki, bütün bunlar Polşanın Ukraynaya qarşı iddialarından vaz keçməsinə əsas olmayıb. Söhbət bu ölkənin zaman-zaman gündəmə gətirdiyi ərazi iddialarından gedir. Ukraynanın müharibəyə cəlb olunması və çətinliklərlə üz-üzə qalması məsələni yenidən aktuallaşdırıb. Özü də indi Polşa “Ukrayna piroqundan” dadmaq və pay götürmək istəyində tək deyil.
Ukraynanın özü də Polşanın istəyinə “hə” deyir
Təzadlıdır, ancaq bu dəfə Ukraynanın özü də Polşanın istəyinə “hə” deyir. Daha doğrusu, hazırda ölkənin qərb ərazilərinin Polşaya qatılması ilə bağlı Ukraynada müzakirələr başlayıb. Belə bir iddia ilə Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet çıxış edib. “Zelenski dərk edib ki, ölkəsinin çöküsü qaçılmazdır. Ukraynanın cənub-şərq hissəsi artıq itirilib. Buna görə də o, ölkəsinin qərb ərazilərini faktiki olaraq Polşanın nəzarəti altına keçirmək kursu götürüb. Bu plan isə Polşanın köhnə istəyi ilə üst-üstə düşür”, -deyə M. Şeremet vurğulayıb. Dövlət Dumasının deputatı əlavə edib ki, indi Zelenskinin “Ukrayna xalqının qayğılarını azaltmaq” bəhanəsi ilə bu planı reallaşdırması üçün əlverişli situasiya formalaşıb.
Hazırda Ukraynanın qərb ərazilərinin Polşaya birləşdirilməsinin hüquqi əsasları öyrənilir. Bildirilir ki, prezident Zelenski Polşa ilə Ukrayna arasında sərhədlərin ləğvini özündə ehtiva edən sənədin imzalanmasının anonsunu verib. O bəyan edib ki, ölkələrimiz arasında sərhədlər olmamalıdır, çünki Ukrayna və Polşa xalqlarının artıq çoxdan bölünəsi heç nəyi yoxdur. Verilən məlumatlarda o da qeyd olunur ki, prezident Zelenski, eyni zamanda, Polşa vətəndaşlarının Ukraynada xüsusi hüquqi statusu ilə bağlı qanun layihəsinin ali radanın müzakirəsinə çıxarılması təklifini də irəli sürüb. Söhbət Polşa vətəndaşlarına Ukrayna ərazisində seçki hüququ istisna olmaqla digər bütün hüquqların verilməsindən gedir.
NATO və Rusiya qonşuluqda
NATO Ukrayna ərazisində Rusiya ilə qonşu ola bilmədi və yaxud hələlik buna müyəssər olmayıb. Dağıdıcı müharibənin başlamasının bir səbəbi kimi də alyansın Ukraynada Rusiya sərhədlərinə doğru genişlənməsi istəyi ilə bağlı olduğu bildirilir. Rusiya NATO-nun onun sərhədlərində “lövbər” salmaq cəhdlərini həzm edə bilmədi və müharibə düyməsi basıldı. Alyansın üzvü olan ölkələr müharibənin əvvəlindən Ukraynaya hərtərəfli dəstək göstərmələrinə rəğmən, hələlik NATO-nun hadisələrin gedişinə açıq müdaxiləsi yoxdur. Ekspertlərin qənaətinə görə, Ukrayna ərazilərinin bir hissəsinin Polşaya qatılması və yaxud iki ölkə arasında sərhədlərin aradan qaldırılması Şimali Atlantika Alyansının Rusiya sərhədlərinə doğru genişlənməsinin yeni planıdır. Planın baş tutacağı təqdirdə alyansın bu dəfə Ukrayna-Polşa ərazisində Rusiyanın arzuolunmaz qonşusuna çevriləcəyi tam realdır.
Rusiyanın NATO-nun sözügedən genişlənmə planına qəzəbli münasibəti özünü çox gözlətməyib. Bu arada şimal qonşumuzun müxtəlif dairələrindən Ukrayna ilə Polşa arasında ehtimal olunan ərazi mübadiləsinə kəskin reaksiyalar gəlməkdədir. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova özünün Teleqram kanalında Ukrayna prezidentinin ölkəsinin ərazisində Polşa vətəndaşlarına xüsusi statusun verilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü şərh edib. O, bunu Ukraynanın suverenliyinə qəsd kimi dəyərləndirib.
Rusiyanın Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev isə bildirib ki, Polşanın Ukrayna ərazilərinin bir hissəsini özünə götürməyə hazır olması ilə bağlı danışıqlar real müstəviyə keçmək üzrədir. Onun sözlərinə görə, Zelenskinin və Polşanın üz tutduqları “bu çox təhlükəli kompaniya” Rusiya və NATO hərbi qüvvələrini qarşı-qarşıya qoya bilər.
Qeyd edək ki, Polşa NATO-nun üzvüdür. Bir qədər bundan əvvəl ölkənin prezidenti Andjey Duda Ukraynada eskalasiyanın artması fonunda alyansı daha sərt davranış nümayiş etdirməyə çağırmışdı. Kiyevdən qayıdan Polşa lideri jurnalistlərə müsahibəsində bəyan edib ki, NATO özünün şərq cəbhəsini gücləndirməlidir. “NATO qətiyyətlə hərəkət etməli, şərq cəbhəsini möhkəmlətməli və potensial aqressorun - Rusiyanın dayandırılması üçün məqsədyönlü siyasətini davam etdirməlidir”, - deyə Polşa lideri vurğulayıb. Onun qənaətinə görə, NATO-nun Madriddə keçiriləcək sammitində elə qərarlar qəbul edilməlidir ki, alyansa üzv olan şərq ölkələri qurumun çətiri altında özlərini tam təhlükəsiz hiss etsinlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

