İsveç ümid edir...
03.06.2023 [10:30]
NATO üzvü olmaq üçün Türkiyənin şərtlərini yerinə yetirməlidir
Nardar BAYRAMLI
NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Osloda keçirilən son görüşündə Ukraynaya dəstəklə yanaşı, alyansa yeni üzvlüklə bağlı məsələlər də müzakirə olunacaq. Bütün bunlar alyansın iyul ayında keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır.
Yeni üzvlük məsələsinə gəlincə, burada əsas müzakirə mövzusu İsveçin NATO-ya qoşulmasıdır. Məlumdur ki, bu ölkənin alyansa tam hüquqlu üzv olması üçün Türkiyənin şərtlərinin yerinə yetirməsi lazımdır. Amma İsveçin xarici işlər naziri Tobias Billström Osloda keçirilən NATO xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında bu iclasın “İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesaj” olduğunu bildirib. Lakin onun fikirlərinə cavab özünü çox gecikdirməyib. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında etdiyi paylaşımda İsveçi NATO üzvlüyünə dair Madriddə imzalanmış üçtərəfli memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorizmlə mübarizədə konkret addımlar atmağa çağırıb.
Görünən odur ki, NATO-ya üzv olmaq istəyən İsveç yanlış siyasəti ilə prosesi əngəlləyir. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməlidir. Eləcə də, PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır. Qeyd edək ki, ötən ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda da əsas müzakirə mövzusu bu məsələlər idi. Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Amma bu proseslə bağlı İsveç “manevrlər” edərək öz öhdəliyini yetirməkdən yayınmağa çalışır. Məsələn, ötən ayın əvvəlində İsveç FETÖ-çü terrorçunu Türkiyəyə vermə prosedurunun olmadığını bəyan etmişdisə, ayın sonunda İsveç xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Türkiyə ilə bağlanan Anlaşma memorandumunun müddəaları təmin olunacaq. Son hadisələrdən sonra İsveçin baş naziri Ulf Kristersson da demişdi ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid Memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurlu danışıqlar aparır.
Hadisələr isə bunun əksini göstərir. Belə ki, son vaxtlar İsveçdə terrorçu şüarlar artmağa başlayıb. Həmçinin bir müddət öncə YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması, bəzi nəşrlərin də Ərdoğanı hədəfə alması iki ölkə arasında gərginliyin artacağını proqnozlaşdırırdı. Lakin bütün bunların ardınca Tükiyənin bu ölkədəki səfirliyinin qarşısında müqəddəs “Qurani-Kərim”in yandırılması vəziyyəti daha da gərginləşdirmişdi. Yaranmış vəziyyətlə əlaqədar İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə nəzərdə tutulan səfəri də ləğv olunmuşdu.
İsveçin üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi Türkiyə hökuməti ilə yanaşı cəmiyyətdə də ciddi etirazlarla qarşılanır. Sözügedən gərginliklə əlaqədar NATO müstəvisində müəyyən addımlar atıldı ki, Türkiyə ilə İsveçin münasibətləri normallaşsın. Əks halda, İsveç özünün alyansa üzvlüyünü əngəlləmiş olur. Türkiyə prosesdə hər zaman xoş niyyətini ifadə edir. Lakin rəsmi Ankaranın prinsipial mövqeyi ondan ibarətdir ki, müttəfiqlər bir birinə qarşı münasibətdə terrorçulara yer verməməlidir. Yəni, Türkiyə öz şərtlərində israrlıdır. Ona görə də, İsveç NATO-ya üzvlük məsələsində kimlərəsə güvənməməlidir. Bu gün Türkiyə dünyada güclü və söz sahibi olan dövlətdir. Bu ölkənin alyansa üzvlüyü rəsmi Ankaranın haqlı şərtlərinin nə dərəcədə yerinə yetirməsindən keçir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

