KXDR-in “peyk həyəcanı” davam edir
21.06.2023 [11:10]
Tokio mümkün təhlükələrə qarşı tədbirlər görür
Uzaq Şəqrdə yeni gərginliklər nəzərə çarpmaqdadır. Belə ki, son günlərdə Koreya Xalq Demokratik Respublikasından ard-arda səslənən bəyanatlar rəsmi Tokio və müttəfiqləri tərəfindən narahatlıqla qarşılanıb. Xatırladaq ki, Şimali Koreya ABŞ hərbi fəaliyyətini birbaşa izləmək üçün iyun ayında ilk kəşfiyyat peykini orbitə çıxaracağını bəyan etmişdi. Bəzi ekspertlər əvvəlcə bu bəyanatı Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tarixinin ən böyük hərbi təlimlərinə qarşı “önləyici tədbir” kimi qiymətləndirsələr də, prosesin olduqca ciddi təhlükələrdən xəbər verdiyi ortaya çıxdı. Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının sözçüsü bildirmişdi ki, ABŞ - Cənubi Koreyanın birgə hərbi təlimləri Pxenyandan “düşmənin hərbi fəaliyyəti haqqında real vaxtda məlumat toplamaq qabiliyyətinə malik vasitələrə” malik olmasını tələb edir.
Ən mühüm məqsədlərdən biri
Bununla belə KXDR hərbi peykin orbitə buraxılmasının dəqiq tarixini açıqlamamışdı. Mayın son günündə isə Yaponiyanın sahil mühafizəsi mayın 31-dən iyunun 11-dək peykin orbitə çıxarılması planları barədə xəbərdarlıq yaymışdı.
Şimali Koreya 1998-2016-cı illər aralığında dörd “Parlayan Ulduz” peykini kosmosa göndərib. Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin 2022-ci ilin dekabrında keçirilən VI Plenumunda hərbi kəşfiyyat peykinin hazırlanması və orbitə buraxılması ən mühüm məqsədlərdən biri kimi elan edilib.
Yaponiya “vur” əmrinin vaxtını uzatdı...
İyunun artıq üçüncü ongünlüyü start götürsə də, KXDR-ın peykindən “səs” çıxmadı. Yaponiya hökuməti isə ehtiyat tədbirləri ilə bağlı fəaliyyətini hələ də davam etdirməkdədir. Xatırladaq ki, mayın 29-da rəsmi Tokio Yaponiya üçün təhlükə yaranacağı təqdirdə KXDR-nin peykinin və ya raketlərinin məhv edilməsi ilə bağlı qərar vermişdi. Bu qərar iyunun 11-nə kimi nəzərdə tutulurdu. Yeni qərara əsasən isə əmrin vaxtı uzadılıb. Mayın 29-da tətbiq edilən tədbirlərin hansı müddət ərzində aktual olacağı ilə bağlı dəqiq tarix göstərilməyib.
Qeyd edildiyi kimi, Yaponiya hakimiyyəti Pxenyanın göstərdiyi buraxılış tarixlərinin başa çatmasına baxmayaraq, hələ də təhlükənin sovuşmadığı qənaətindədir. Bu barədə Yaponiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mayın 29-dan tətbiq edilən tədbirlər iyunun 11-dən sonra da bir müddət qüvvədə qalacaq. Yaponiya Şimali Koreyanın peyk buraxmaq planları fonunda Amerikanın Patriot PAC-3 hava hücumundan müdafiə sistemlərini özünün ucqar Yonaquni, İşigaki və Miyako adalarına yerləşdirib. Xatırladaq ki, bu raketlər ölkənin ikipilləli raketdən müdafiə sisteminin bir hissəsidir. Digər əsas “tuşlayıcı” “SM-3” raketləri və “Aegis” kompleksləri ilə təchiz edilmiş hərbi gəmilər sayılır.
BMT xəbərdarlıq edir - KXDR nüvə istehsalını artıracağını deyir...
Bu arada BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləyib. Xarici KİV-lərin məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir.
Qeyd olunur ki, BMT-nin baş katibi bir daha Pxenyanı davamlı sülh, habelə Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu tez bir zamanda bərpa etməyə çağırıb. BMT-nin narahatlığı isə əsassız deyil. Belə ki, KXDR rəsmilərinin son açıqlamaları nüvə başlıqlarının çoxaldılmasını təbliğ edir. Məsələn, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In bildirib ki, Şimali Koreya nüvə silahı istehsalını artıracaq. Onun sədrliyi ilə keçirilən hakim Əmək Partiyasının iclasında beynəlxalq dəyişikliklərə cavab olaraq ölkənin müdafiə və diplomatik strategiyaları müzakirə edilib. Ölkə rəhbəri müdafiə sənayesini silahların inkişafına və nüvə qüvvələrinin gücləndirilməsinə yönəlməyə çağırıb. Bildirilib ki, hakim partiya güclü nüvə silahlarının istehsalını artırmağa hazır olduğunu açıq şəkildə bəyan edib.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

