Rusiyanın təklifi qəbul olunacaqmı?
10.10.2023 [11:35]
Moskva Azərbaycan və Ermənistan XİN başçılarının Bişkekdə görüşünü təşkil etmək istəyir
Nardar BAYRAMLI
Rəsmi Moskva bu il oktyabrın 12-də Bişkekdə MDB-nin sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Bu barədə RBK agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O deyib: “Bu il oktyabrın 12-də Bişkekdə MDB-nin sammiti çərçivəsində xarici işlər nazirləri səviyyəsində bu diskussiyaların aparılması imkanını nəzərdən keçiririk. Artıq Azərbaycan tərəfi prinsipial razılıq verib. Hesab edirik ki, erməni tərəfi də bu məsələyə məsuliyyətlə yanacaq və həmin danışıqlarda iştirak etməyə razılıq verəcək”.
Nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması mövzusuna toxunan nazir müavini qeyd edib ki, iyunun 2-də keçirilmiş üçtərəfli işçi qrupunun iclasında tərəflər nəqliyyat kommunikasiyalarının açılması istiqamətində nəzərəçarpacaq irəliləyiş olduğunu bildiriblər. Rusiya Zəngəzur dəhlizinin yaradılması üzrə razılıq əldə olunmasında Azərbaycan və Ermənistana fəal köməklik edir. M.Qaluzin vurğulayıb: “Hesab edirik ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitliyin mühüm amili olacaq, regionun bütün dövlətlərinin iqtisadi inkişafına kömək edəcək, çünki belə olan halda, Ermənistan nəqliyyat-logistika qovşağına çevrilmək imkanı əldə edəcək, həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya ilə nəqliyyat əlaqələrini möhkəmləndirəcək və genişləndirəcək. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsini təmin etmək imkanına malik olacaq. Cənubi Qafqazda ümumi sabitlik isə gələcəkdə Ermənistan ilə Azərbaycan arasında etimadın əsaslarını möhkəmləndirməyə şərait yaradacaq. Beləliklə, bundan sonra da üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”.
M.Qaluzin onu da qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.
Rusiyanın xarici işlər nazirinin müavini M.Qaluzinin fikirlərini qəzetimizə şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Həmsöhbətimizin fikrincə, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə təklif olunan görüşünə də bu kontekstdə yanaşılmalıdır: “Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək. Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir”.
Politoloq qeyd edib ki, Rusiya bölgədə gedən diplomatik mübarizənin iştirakçısıdır və öz maraqlarını təmin olunması istəyindədir. Digər tərəfdən, Bişkekdə XİN başçılarının təklif olunan görüşü də məhz Moskvanın geopolitik maraqları çərçivəsindəir. Çünki Rusiya Avropa müstəvisində, o cümlədən Vaşinqtonda görüşlərin keçirilməsinə həmişə qıcıqla yanaşıb. Lakin bununla yanaşı sülhməramlıların bölgədə qalması, Ermənistanda 102-ci bazanın saxlanılması istiqamətində Qərbdəki, Avropadakı tərəfdaşları ilə işbirliyində olmaq istəyir. Lakin Rusiya-Ukrayna müharibəsi tərəflər arasında ziddiyyətləri artırdı. Yəni, Qərblə Rusiyanın bir masa ətrafında əyləşməsi mürəkkəb məsələdir.
İ.Hüseynovun fikrincə, belə görünür ki, Cənubi Qafqazda sülh prosesində Rusiya özü təşəbbüslə çıxış edir ki, Brüssel və Vaşinqton arasında müəyyən ortaq fikirlər formalaşsın və bunun əsasında Moskva ümumi prosesin iştirakçısı kimi cəlb olunsun. “Lakin burada ziddiyyətlər və fikir ayrılıqları qalmaqdadır. Əgər Cənubi Qafqazda geopolitik savaş gedirsə, hansısa ortaq nöqtələrin tapılması mümkünsüz görünür. Cənubi Qafqaz dünya siyasətində nüfuz bölgüsü üçün meydana və platformaya çevrilməkdədir. Burada Rusiya öz maraqlarını itirmək istəmir və çox çalışır ki, ümumi proseslərdə dominant rolunu qoruyub saxlasın”,-deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

