Milli maraqlara xidmət edən siyasət
29.04.2024 [11:17]
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçiirlən beynəlxalq forum Azərbaycana beynəlxalq baxışın səviyyəsini bir daha sərgiləmiş oldu. Görünən budur ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. İlk növbədə onu qeyd etmək yerinə düşər ki, uğurlu nəticələrin əsas səbəblərindən biri etimad mühitinin qorunması və inkişaf etdirilməsi olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyev forumdakı çıxışında ilk növbədə bu məqama toxunaraq bildirdi ki, qazandığımız uğurların səbəblərindən biri və birincisi qarşılıqlı etimad mühitinin qorunması və inkişaf etdirilməsidir. Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik.
Gələcəkdə ölkəmizin Avrasiya İqtisadi İttifaqına üzv olmaq imkanlarına dair sualı cavablandıran ölkə başçısı bildirdi ki, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın kifayət qədər geniş ikitərəfli əlaqələri var və bu ölkələri də, onların potensial imkanlarını da yaxşı tanıyırıq: “O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik.”
Forumun başlıca mövzusu olan yaşıl enerjiyə keçidin prioritet məsələ olduğunu bildirən cənab İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsini Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürü kimi qiymətləndirərək vurğuladı ki, biz Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.
Müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandıran cənab Prezident bildirdi ki, diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır: “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”.
Çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi ilə hər bir məsləyə konkret faktlarla münasibət bildirən Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan öz iqtisadi və gücünə inanır, möhkəm təməllər üzərində duran dövlətimiz müstəqil siyasət yürüdür və siyasətimiz ancaq və ancaq milli maraqlarımıza söykənməkdə davam edəcəkdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

