İslam dünyasında ilk demokratik dövlətçilik nümunəsi
27.05.2024 [13:34]
Bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və AXC-nin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.
1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlətçilik nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti nəhəng işlər görüb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft sənayesi iqtisadiyyatın əsas sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən mühüm hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını mütəmadi öyrənirdi.
Cümhuriyyət xadimləri Azərbaycanın müstəqil və güclü dövlət olmasını arzulayırdılar. Lakin onlar bu arzuları görmədən dünyadan köçdülər. Bu gün həmin istək və arzular həyata keçirilib. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da onu həyata keçirmək mümkün olmamışdı. Genuya konfransı zamanı mətbuata müsahibə verən Ə.Topçubaşov demişdi ki, Azərbaycanı işğal edərək müstəqilliyinə son qoyan bir ölkə ilə konsorsium yaratmaq olmaz. Azərbaycan gələcəkdə müstəqillik qazananda beynəlxalq konsorsium qurmaq olar. Təbii sərvət olan nefti ilk dəfə milli sərvətə çevirən Ulu Öndər Heydər Əliyev beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimləri Bakı-Culfa dəmiryolunun tikintisini başa çatdırmaq məsələsini parlamentdə müzakirə edərək vəsait də ayırmışdılar. Lakin bolşevik işğalı onu reallaşdırmağa imkan vermədi. Bakı-Tbilisi-Qars dəmiryolunu, Şimal-Cənub dəhlizi layihəsini reallaşdıran, Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olan Azərbaycan dövləti dünyanın vacib nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin yaradılması gündəlikdədir. Ən başlıcası, Cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Dövlət bayrağımız işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır.
Azərbaycan Xalq Cümhuriyyətinin o zamankı uğurlarının araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müasir müstəqil Azərbaycanın ənənəvi dövlətçilik ideyalarını davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Ölkəmizdə 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması mühüm bir zərurətdir. Mövcud reallıqlar, Azərbaycanın Zəfərləri bu bayramın adının doğru yazılmasını tələb edirdi. 2021-ci ildə Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni Qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, 28 May tarixində qeyd olunan Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Azərbaycan Ordusunun şanlı Zəfərləri haqqında çox danışılacaq, müxtəlif layihələr icra olunacaq, kitablar yazılacaq. İlk dəfə müstəqillik tarixində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərqərar olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev, rəşadətli ordumuz və canlarını Vətənə qurban verən şəhidlərimiz tərəfindən xalqımıza bəxş edilmiş şanlı Zəfər tarixi hər bir azərbaycanlının qürur mənbəyidir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Dövlətimizin və millətimizin gözəl gələcəyi vardır. Dövlət başçımızın vurğuladığı kimi, Azərbaycan xalqı öz tarixi torpaqlarında bundan sonra da yaşayacaqdır. Heç kim bizi öz ata-baba yurdumuzdan çıxara bilməz! Yaşasın Azərbaycan!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

