Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Balaxanı qəsəbəsində iməcilik və ağacəkmə aksiyası keçirilib

Balaxanı qəsəbəsində iməcilik və ağacəkmə aksiyası keçirilib

29.05.2024 [10:38]

28 May - Müstəqillik Günü və “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatını və Balaxanı Əməliyyat Şirkəti LTD-nin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində iməcilik və ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, Balaxanı Əməliyyat Şirkəti LTD vitse-prezidenti Əli Həsənli, partiyanın və şirkətin əməkdaşları, fəal gənclər iştirak ediblər.

Qeyd edək ki, aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 100-dən çox zeytun ağacı əkilib, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31