Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın balanslaşdırılmış xarici siyasəti uğurlu nəticələr verir

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti uğurlu nəticələr verir

29.05.2024 [11:25]

Bu gün Azərbaycan artıq dünyada çox böyük nüfuza malik dövlətdir. Ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı günbəgün artır. Əlbəttə ki, bütün bunların kökündə uğurlu xarici siyasət dayanır. Cənab Prezident İlham Əliyev hər zaman milli maraqlara söykənən müstəqil addımlar atır. Xarici dövlətlərlə əməkdaşlığa yüksək səviyyədə önəm verilir. İndi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu dövrdə isə Azərbaycanla daha çox dünya ölkələrinin əməkdaşlıq etmək istəməsi göz önündədir.

Ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir ki,Azərbaycan artıq dünyada sayılıb–seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb və bu sahədə zəngin təcrübəyə malikdir. Nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter almasının da əsas səbəbi təhlükəsizliyin təmin olunması və insidentsiz başa çatmasıdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir.Möhtərəm Prezident cənab İlham Əliyev mühüm tədbirdə iştirakı zamanı “Euronews” telekanalına müsahibə vermişdir.Ölkə başçımızın verdiyi müsahibə bir sıra vacib məqamlarla yadda qalmışdır.

Cənab Prezident İlham Əliyev müsahibəsində 44 günlük Vətən müharibəsi və antiterror zamanı işğal olunan ərazilərimizin tamamən işğalçılardan azad edildiyini,Qarabağ problemi kökündən həll edildiyini və hal-hazırda Azərbaycanın dünyanın ən sabit ölkələrindən biri olduğunu diqqətə çatdırıdı.

Eyni zamanda, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur. Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir mühit yaradılacağını vurğulayıb.

Möhtərəm Prezidentimiz müsahibə zamanı bildirmişdir ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik.

Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib.Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi.

Hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər. Misal üçün Fransanı və başqa dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacibliyini dərk edirlər. Ermənistan artıq özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu qəbul edib və Ermənistan başa düşüb ki, onların gələcəyi, inkişafı da ölkəmizlə olan münasibətlərindən asılıdır.

Azərbaycan Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda böyük təcrübəsi var və Azərbaycan Hərəkata dörd il sədrlik edib. Ölkəmiz 120 üzv ölkə ilə həqiqətən də böyük inkişafa nail oldu. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamasını ölkəmizin beynəlxalq müstəvidə növbəti uğuru adlandırmaq olar. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda ölkəmiz bərpa olunan enerji mənbələrinin əsas eksportçularından birinə çevrilmək iddiasındadır və bunun üçün ölkəmizin yüksək potensialı mövcuddur.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30