Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın daha bir uğuru

Azərbaycanın daha bir uğuru

30.05.2024 [12:21]

Əsasını müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirdiyi möhtəşəm siyasətin nəticəsində ölkəmiz dünyada yüksək nüfuza sahib olub. Artıq Azərbaycan qlobal problemlərin həlli yollarının müzakirə edildiyi  məkana çevrilib. Eyni zamanda ölkəmiz Beynəlxalq əhəmiyyətli tədbirlərə, İdman yarışlarına ev sahibliyi edir. Məlum olduğu kimi, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un konfransı keçiriləcək. Şübhəsiz ki, bu olduqca əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın daha bir uğurudur. Eyni zamanda bu hadisə dünya birliyi tərəfindən ölkəmizə göstərilən böyük etimadın , inamın göstəricisidir.

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Dövlətimizin başçısı  müsahibəsində “COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?” ,”COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?” və COP29-la bağlı  digər suallara aydınlıq gətirib.

Ölkə başçısı Azərbaycanın bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyini, ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi olduğunu bildirib. Prezident həmçinin Azərbaycanın Hərəkata dörd il sədrlik etdiyini, 120 üzv ölkə ilə böyük tərəqqiyə nail olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanın həm də OPEC+ üzv ölkəsi olduğunu xatırladıb və bildirib ki, ölkəmiz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik.

Prezident İlham Əliyev müsahibəsində əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bunun, ən vacib miras olacağını bildirib. Eyni zamanda, ölkə başçısı  COP üçün yenilik olan üçlük, üç ölkə mexanizminin yaradılması təşəbbüsünün Azərbaycan  tərəfindən irəli sürüldüyünü , məqsəd isə BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etmək olduğunu diqqətə çatdırıb.

“Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər”- deyən Prezident İlham Əliyev bunun bir diplomatiya, siyasət və maliyyə olduğunu , Azərbaycanın ev sahibi olaraq  bu məqsəd üçün bir platforma yarada biləcəyinə əminliyini bildirib.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30