Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Əmanətiniz baş tacımızdır...

Əmanətiniz baş tacımızdır...

01.06.2024 [12:27]

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin, qazilərin və müharibə iştirakçılarının övladları ilə görüş keçirilib. Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və uşaqlar iştirak edib. 

Görüş Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid və qazi ailələrinin uşaqlarını səmimi qəlbdən təbrik edib. Natiq bildirib ki, sağlamlığını itirmiş qazilərimizin, vətən torpağı uğrunda canını qurban vermiş şəhidlərimizin bizə əmanət qoyduğu övladlarına diqqət və qayğı göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Biz həmin qəhrəmanlar sayəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmişik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin qorxmazlığı və qazilərimizin cəsurluğu sayəsində biz qalib ölkənin məğrur vətəndaşlarıyıq. 

Çıxış edən şəhid valideynləri İsrail Mehdiyev və Balaxanım İsmayılova  ilk gündən şəhidlərimizə, onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildiriblər. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində yad edilməsi, eyni zamanda bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarının təbrik edilməsi şəhid ailələrinə və onların övladlarına göstərilən növbəti qayğı kimi qeyd edilib.

Digər çıxış edən Vətən müharibəsi qaziləri və iştirakçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətlərinin hamı üçün örnək olduğunu vurğulayaraq öz minnətdarlıqlarını ifadə ediblər. 

Tədbirdə uşaqlar vətənpərvərlik haqqında şeirlər söyləyiblər. Görüşün sonunda YAP İmişli rayon təşkilatı tərəfindən şəhid, qazi və müharibə iştirakçılarının övladlarına şirniyyatlı çay süfrəsi təşkil edilərək hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30