Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Milli ordu quruculuğunda dönüş səhifəsi

Milli ordu quruculuğunda dönüş səhifəsi

24.06.2024 [14:34]

Ölkəmizdə milli silahlı qüvvələrin formalaşması prosesi 1918-ci ildən başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra  hökumətin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.Lakin əfsuslar olsun ki, Xalq              Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı.

Məhz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş səhifəsi idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə  Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu məktəbin fəaliyyəti nəticəsindı  Azərbaycanda hərb sənətinə maraq gücləndi və  azərbaycanlı zabit kadrların hazırlanmasına başlanıldı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı.Bu müqvilədən sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Heydər Əliyev deyirdi: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.”

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Müstəqillik illərində ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti oldu. Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu. Bu əlaqələr nəticəsində 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə səbəb oldu. Ölkəmiz 1994-cü ilin əvvəllərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Beləliklə qısa zamanda 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident cənab İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. Dövlət başçısı uzun illər ordu quruculuğuna şəxsən nəzarət edib və hal-hazırda da etməkdədir. Ölkəmizdə son illərdə silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ölkəmiz demək olar ki, ənənəvi silahların bütün növlərini özü istehsal etmək qabiliyyətinə malikdir.Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Türkiyə Respublikası ilə bu sahədə böyük əməkdaşlıq edən dövlətimiz hər gün daha çox güclənməkdədir.

Bu bir həqiqətdir ki, müasir dövrdə ordular müharibələr həyata keçirməkdən daha çox müharibə ehtimalını nəzərə alaraq savaşların qarşısını almaq üçündür. Lakin Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində sübut etdi ki, aktiv müharibə aparmaq qüdrətindədir. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi bizi qürurlandırır. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Əminik ki, Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaq! 

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31