“Müzəffər Ali Baş Komandan - Xalq - Ordu birliyi”
12.07.2024 [10:16]
YAP Sabunçu Rayon Təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin (BOC LTD) birgə təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan-Xalq ordu birliyi” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə şəhidlərin abidəsi önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ordu sahəsində ən böyük uğurlardan biri o oldu ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi sayəsində, beynəlxalq arenada da haqlı səsimiz ucaldı. Dünyaya sübut etdik ki, Azərbaycan haqqı, ədaləti və beynəlxalq hüququ bərpa etmək gücündədir.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu, xalqın dəstəyi ilə birlikdə, ərazi bütövlüyünün bərpa edilməsində mühüm uğurlar qazandı. Bu birlik və həmrəylik, Azərbaycanın hərbi və siyasi qələbəsini təmin etdi və regionda yeni bir dövrün başlanğıcını qoydu. "Müzəffər Ali Baş Komandan - Xalq Ordu birliyi" ifadəsi Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordunun və xalqın birlik və həmrəyliyini vurğulayır. Bu zəfər, eyni zamanda gələcəyə ümid və inamımızı daha da möhkəmləndirdi.
Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Son 20 ildə Prezident İlham Əliyevin diplomatik və "Dəmir siyasəti" nəticəsində 44 gündə mümkünsüzü mümkün edən Güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı.
Daha sonra çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, nefçilərdən Şaiq Bəkirov və Kərim Aşurov ordumuzun istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texnikitəminatı baxımından Azərbaycan nümunəvi dövlət olaraq qəbul edildiyindən bəhs etdilər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

