Azərbaycan nümunəvi platforma yaradır
26.07.2024 [14:46]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın iqtisadi resursların tədarükündə əməkdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsiplərinə sadiqliyi regionda etibarlı və nüfuzu dövlət kimi iqtisadi komandaya cəlb etdiyi üzvlərin sayının artmasına səbəb olmaqdadır. Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində əcnəbi media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə çoxşaxəli və nümunəvi iqtisadi platforma yaratmaqla istər enerji sənayesində, istərsə də qeyri-neft sektorlarında region ölkələri ilə dərin iqtisadi inteqrasiyanı möhkəmləndirir, eyni zamanda, bu məqsədyönlü siyasət iqtisadi problemlərin böyük əksəriyyətinin həllinə imkan verir.
Azərbaycan regionda və post-sovet mıəkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas sütunu neft və qaz nəqlidir və ölkəmiz Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında etibarlı neft təchizatçısı kimi tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib.
Azərbaycan enerji amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və enerji ixracını başqa ölkələrin iqtisadi təhlükəsizliyinin vacib kompomnenti kimi dəyərləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmizdə qaz hasilatı hər il artır və imkanlar genişləndikcə başqa ölkələrin də yanacaq təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülür, Azərbaycan çalışır ki, əlavə ehtiyatlar yanacaq qıtlığı çəkən dövlətlərə yönəldilsin: “50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Azərbaycanın çoxşaxəli enerji siyasətinin mərkəzində həm də digər bölgə ölkələrinin də enerji resurslarının Şərq-Qərb enerji koridorlarına cəlb edilməsi dayanır. Belə ki, məhz Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələri - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə TransXəzər mənbəyindən Avropaya illik 40-50 milyard kubmetrə yaxın qaz nəqli gözlənilir. Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarını Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Beləliklə, Azərbaycan enerji siyasətininin şaxələnməsində flaqman ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində genişşəbəkəli enerji koalisiyası yaratmış olur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

