“Xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasını dəstəkləyirik”
16.08.2024 [11:32]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin YAP Ordubad rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolundan və Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində müstəsna rolundan bəhs edib. O bildirib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Son 20 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı zirvəyə yüksəldib”.
Deputatlığa namizəd Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyaları müasir müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən mayakdır. Dövlət müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan 1993-cü ildən bu günədək dünyanı heyrətləndirən uğurlara imza atıb. Namizəd vurğulayıb ki, tarixi Zəfərimiz bu uğurların zirvəsində dayanır.
V.Rəhimzadə Azərbaycan gənclərinin milli ruhda tərbiyə olunduğunu, milli-mənəvi dəyərlərə bağlı olduqlarını önə çəkərək qalib ölkənin daha möhtəşəm uğurlara doğru inamla irəliləməsinə dəstək olmaq üçün seçiciləri fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Səkinə Tağıyeva, Fərman Rəsulov və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
İlk dəfə səs verəcək gənclərdən Abbas Hacıyev çıxış edərək gənclərin dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstəyi və Yeni Azərbaycan Partiyasına inamından bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP-a xalqın sevgisi sonsuzdur: “Partiya gənclərə daim diqqət və qayğı ilə yanaşır, onlara potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar yaradır. Dövlətin, xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyik”.
Qeyd edək ki, deputatlığa namizəd Vüqar Rəhimzadənin Ordubad rayonunun mərkəzində də seçicilərlə görüşü olub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 18:17
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10

