“Zəfər yolunda birgə addımlayacağıq!”
19.08.2024 [18:59]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Göygöl şəhərində gənclərlə görüşü keçirilib.
YAP Göygöl rayon təşkilatının qərargahında keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev gənclər siyasətinin Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın daha xoşbəxt gələcəyini təmin edir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, sağlam əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşmasına və inkişafına hədəflənmişdir. O, Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına sadiq olduqlarını vurğulayıb.
Deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını vurğulayaraq YAP-ın seçki platforması barədə məlumat verib. Azərbaycanda gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyən namizəd gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində görülən işlərdən danışıb: “Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir”.
Görüşdə çıxış edən Dilarə Mövlayeva, seçicilərdən Aslan Həsənov, Nazilə Mirzəliyeva və digərləri daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər. “Zəfər yolunda birgə addımlayacağıq!”, - deyə vurğulanıb.
Qeyd edək ki, K.Bayramov Göygöl rayonunun Hacıməlik qəsəbəsində, Çaylı, Pənahlılar və Dozular kəndlərində də seçicilərlə görüşüb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38

