Azərbaycanda güclü ideologiya formalaşıb
26.09.2024 [12:42]
Məlum olduğu kimi, cari ilin 23 sentyabr tarixində suveren Azərbaycanın yeni Parlamentinin keçirilən ilk iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək, ölkə qarşısında duran vəzifələri xüsusi vurğuladı, bir sıra iqtisadi, sosial, siyasi aspektlərə toxunmaqla, eyni zamanda Milli Məclis üçün də yeni yol xəritəsini təqdim etdi.
Dövlət başçısı cənab İlham Əliyev VII çağırış Milli Məclisdəki məzmunlu çıxışında çox vacib məqamlara toxunaraq qeyd etmişdir: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”. Ölkə başçısı ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açıldığını vurğulayaraq, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsi olduğunu diqqətə çatdırmışdır. Sözsüz ki, bu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır. Təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşadığını və onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini bildirən Ölkə rəhbəri qeyd etmişdir: “Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar”.
Göründüyü kimi, Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar bütün bunlar bir daha onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bütün bunlara baxmayaraq, dövlət başçısı cənab İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın şərtləri yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır. Ermənistan anlamalıdır ki, regionda və öz dövlətində sülh, əmin-amanlıq istəyirsə, bunlara əməl etməldidir. Ölkə başçısının “Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər” sözləri Azərbaycan dövlətinin, xalqımızın qarşıda duran vəzifələrə nail olunmasında bir addım belə geri çəkilməyəcəyini bir daha ortaya qoydu. Bir sözlə, Ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyi bir vaxtda bizə qarşı aparılan çirkin oyunların ifşası bundan sonra da davam etməlidir. Bu məsələdə hər kəs öz sahəsində əlindən gələni əsirgəməməlidir. Çünki müharibə başa çatsa da informasiya cəbhəsində mübarizə heç vaxt bitmir. Bu mənada ideoloji təxribatları neytrallaşdırmaq əsas vəzifələrdən biridir.
Ən əsası, əminliklə qeyd etmək olar ki, yeni dövrün parlamenti dövlətçilik prinsiplərini, milli maraqları rəhbər tutaraq qarşıda duran vəzifələrin icrasında daha fəal olacaq və nümunə sərgiləyəcək.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

