Qüdrətli Azərbaycan Ordusu
26.09.2024 [15:30]
Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistanın ölkəmizə qarşı olan işğalçılıq və təcavüzkarlıq siyasəti daha uzun müddəti əhatə edir. Zamanla xalqımıza qarşı terror aktları törədən, düşmənçilik mövqeyindən əl çəkməyən Ermənistanın bu cəhdləri 2020-ci ildə yenidən daha intensiv xarakter almışdı. Ermənistan silahlı birləşmələri növbəti dəfə 27 sentyabr 2020-ci ildə genişmiqyaslı təxribatlara cəhd edərkən Azərbaycan Ordusu əks hücum əməliyyatlarına qərar verdi. Bu onun göstəricisi idi ki, 30 il torpaqları işğalda qalan Azərbaycan xalqı və dövləti işğalla barışmayıb. Bu müddət ərzində ölkədə həyata keçirilmiş davamlı orduquruculuğu nəticəsində Azərbaycan Ordusu gücələnərək dünyanın ən müasir ordularından birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətli ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Lakin Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən düşmən ordusunun hərbi-siyasi rəhbərliyi həmin vaxt da müharibə cinayətləri törətməklə Ermənistanın terrorçu ölkə olduğunu sübut etmişdir.
Belə ki, Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Hər zaman müharibə cinayətlərində maraqlı olan Ermənistan münaqişə dövründə, xüsusilə də torpaqlarımızı işğalda saxladığı illər ərzində ərazilərmizi minalarla çirkləndirmişdir. Münaqişə bitdikdən sonra isə bu ölkə mina xəritələrini ölkəmizə verməkdən yayınmış və ya dəqiq xəritələr təqdim etməmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır. Həmçinin Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Lakin güclü Azərbaycan dövləti minaların təmizlənməsi işini apararaq işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işlərini həyata keçirir.
Dövlətimiz torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi deyilənlərə əyani sübutdur. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur. Bu işdə Prezident cənab İlham Əliyev hər kəs üçün böyük örnəkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər bir çıxışlarında qeyd edir ki, mən hər zaman şəhid ailələri və qazilərin yanında olacağam. Hər bir vətəndaş bunu ölkə başçısının həyata keçirdiyi siyasətdən praktik olaraq görür və yüksək qiymətləndirir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Bundan əlavə, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Prezident cənab İlham Əliyev tərəfindən bir neçə orden və 15 medalın təsis edilməsi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

