Xalqın dəstəyi bizə daim qələbələr gətirəcək
01.10.2024 [17:44]
“Sentyabrın 30-da Prezident İlham Əliyevin el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimində iştirak edərkən çıxışı zamanı bir sıra məsələlərə toxunub. Bu çıxış, həm də xalqın birliyini və tarixə olan ehtiramını önə çəkən bir mesaj idi. Aşıq Ələsgər və onun yaradıcılığı Azərbaycan xalqının qəlbində əbədi yer tutur və böyük əhəmiyyət kəsb edir. Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi, bu gün isə onun abidəsinin ucaldılması ölkə başçısının mədəni irsimizin qorunmasına verdiyi önəmdən irəli gəlir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, XX əsrdə xalqımız – Qərbi azərbaycanlılar üç böyük deportasiyaya məruz qalıb və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. Qərbi azərbaycanlı olaraq Aşıq Ələsgər də bu proseslərdən təsirlənmişdi. Aşıq Ələsgərin abidəsi ermənilər tərəfindən dağıdılmış, Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan xalqına aid tarixi abidələr, məscidlər, saraylar, qəbiristanlıqlar da erməni vandalları tərəfindən məhv edilmişdi. Əsrlər boyu davam edən bu vandalizm və ədalətsizlik bütün dünyanın gözü qarşısında baş vermişdi. Ermənistan üç onillik ərzində Azərbaycanın mədəni irsini dağıdıb, talan və vandalizmə məruz qoyub. Ölkəmizin işğal olunmuş ərazilərində yerləşən tarix və mədəniyyət abidələrindən 100.000-dən çox artefakt oğurlanaraq qanunsuz olaraq Ermənistana aparılıb. Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidə Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan aqressiv siyasət nəticəsində azərbaycanlıların yaşadığı ərazinin böyük bir hissəsi işğal edilmiş, etnik təmizləmələr həyata keçirilmiş, Ermənistanda bütünlüklə azərbaycanlıların fiziki izləri ardıcıl olaraq, qəsdən məhv edilmiş, onların tarixinin bu torpaqlardan silinməsi siyasəti həyata keçirilmişdi.
Millət vəkilinin sözlərinə görə, indiki Ermənistanda Azərbaycanın bütün yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, azərbaycanlıların tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandal hərəkətlərinə məruz qalıblar. Azərbaycan tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO və digər beynəlxalq təşkilatlara bu irsin qorunmasını təmin etmək üçün təcili tədbirlərin təxirə salınmadan həyata keçirilməsini bəyan edib. Azərbaycan hökuməti UNESCO Katibliyinin texniki missiyasının göndərilməsi təklifini əvvəldən alqışlamış və belə bir missiyanın göndərilməsinin zəruriliyini tələb etmişdi. Bu istək, son 30 ildə, işğal zamanı çoxsaylı platformalarda UNESCO-nun diqqətinə çatdırılıb. Təəssüflər olsun ki, Ermənistan hər dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə missiyanın göndərilməsinə qarşı durub və bu da “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi barəsində” UNESCO-nun hesabatında etiraf edilib.
“Bu gün Azərbaycan üçün müharibə başa çatıb, Azərbaycan öz suverenliyini tam bərpa edib, bu regionun əsl və tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurdan olan insanların doğma torpaqlarına qayıtmasını böyük nailiyyət kimi qiymətləndirir və gələcəkdə Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını bildirir. Təbii ki, bu, mənim kimi bütün Qərbi azərbaycanlılara böyük ümid verir. Prezident gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsinin Ağkilsə kəndində bərpa ediləcəyini də bildirdi. Bu ifadələr həqiqətən də doğma yurd həsrəti ilə yaşayan hər bir Qərbi azərbaycanlının sevincinə səbəb olub. Prezident suverenliyin tam bərpa edilməsinin xalqda nikbinlik yaratdığını və gələcək hədəflərin həm strateji, həm də taktiki baxımdan düzgün seçilməsinin vacibliyini vurğuladı. Azərbaycanın haqq işinə xalqın dəstəyi tamdır və bu dəstək bizə daim qələbələr gətirəcək”,-deyə Pərvanə Vəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27

