Azərbaycan regionun əsas güc mərkəzidir
14.10.2024 [17:01]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Balanslaşdırılmış xarici siyasət kursu yürüdən ölkəmiz bütün dövlətlərlə qarşılıqlı dostluğa və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla da sıx münasibətlər quraraq milli maraqlarımızın təmin olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Azərbaycan Respublikasının sıx əməkdaşlıq münasibətləri qurduğu təşkilatlardan biri də məhz Müstəqil Dövlətlər Birliyidir. Keçmiş ittifaq məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv ölkələri ortaq tarix və müasir çağırışlar birləşdirir. Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlarımıza xidmət edir.
Prezident İlham Əliyevin Moskvaya səfəri və Vladimir Putinlə görüşü geosiyasi kontekst çərçivəsində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini təsdiq etməklə yanaşı, həm də ölkəmizin MDB çərçivəsində mühüm regional aktor olduğunu nümayiş etdirir
Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Rusiya regionun ən böyük ölkələrindən biridir, Azərbaycan bu ölkə ilə tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi çoxqütblü dünya nizamında xüsusi rol oynayır.
Son onilliklər ərzində Azərbaycan və Rusiya münasibətlərinin uğurunu təmin edən əsas amillərdən biri budur ki, ölkələrimiz arasında əlaqələr dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurularaq inkişaf etdirilməkdədir. Ona görə də Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri mövcuddur, dövlətlərarası dialoq yüksək səviyyədədir.
Azərbaycanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə, maraqların uzlaşdırılması və praqmatizmə əsaslanır. Həyata keçirilən birgə layihələrin başlıca məqsədi bərabərhüquqlu əməkdaşlıq müstəvisini genişləndirməkdir. Ən başlıcası isə, bu layihələr hər iki ölkənin milli maraqlarına xidmət edir. Hansı ki, bu maraqlar toqquşmur, əksinə, həm siyasi, həm də iqtisadi baxımdan bir çox məsələlərdə üst-üstə düşür.
Cari oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib və çıxış edərək mühüm məqamları diqqətə çatdırıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasdakı nitqində bir sıra tarixi faktları diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.
Dövlət başçısı MDB-nin humanitar əməkdaşlıq mexanizmi kimi əhəmiyyətini diqqətə çatdıraraq, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini ayrıca vurğulaması xüsusi əhəmiyyət kəsb edir. Çünki Laçın uzunmüddətli erməni işğalından sonra sürətlə bərpa olunaraq, ölkəmizin inkişafının təzahürü kimi təşkilat daxilində Azərbaycana rəğbəti daha da artırıb.
Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.Ümumilikdə qeyd edə bilərik ki, MDB dövlətləri arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətləri məhz bir çox sahələr üzrə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə də öz layiqli töhfəsini verəcək.
Prezident İlham Əliyev iclasda qeyd edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.
Dövlət başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj verdi. Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir. Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə maraqları onları daha sıx əməkdaşlığa təşviq edir.
Moskvada keçirilən bu iclas MDB-nin yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi sferalarda daha fəal rol oynayacağını göstərdi. Regional sabitlik və inkişaf naminə təşkilatın üzv ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 Dekabr 23:49
Xəbər lenti
08 Dekabr 22:58
Xəbər lenti
08 Dekabr 22:16
Elm
08 Dekabr 21:54
Dünya
08 Dekabr 21:13
Dünya
08 Dekabr 20:43
COP29
08 Dekabr 20:17
İdman
08 Dekabr 19:54
Dünya
08 Dekabr 19:21
Dünya
08 Dekabr 18:52
Elm
08 Dekabr 18:27
Xəbər lenti
08 Dekabr 17:54
COP29
08 Dekabr 17:23
Hərbi
08 Dekabr 16:59
Dünya
08 Dekabr 16:21
Dünya
08 Dekabr 15:49
Dünya
08 Dekabr 15:18
Siyasət
08 Dekabr 14:55
Sosial
08 Dekabr 14:23
Siyasət
08 Dekabr 13:47
Xəbər lenti
08 Dekabr 13:29
Dünya
08 Dekabr 13:16
Dünya
08 Dekabr 12:54
Xəbər lenti
08 Dekabr 12:47
Dünya
08 Dekabr 12:45
Dünya
08 Dekabr 12:44
Dünya
08 Dekabr 12:42
Dünya
08 Dekabr 12:22
Dünya
08 Dekabr 11:41
Dünya
08 Dekabr 11:19
Dünya
08 Dekabr 10:58
Hadisə
08 Dekabr 10:36
Dünya
08 Dekabr 09:25
Dünya
08 Dekabr 08:32
İdman
07 Dekabr 23:38
Dünya
07 Dekabr 23:14
Siyasət
07 Dekabr 22:45
İdman
07 Dekabr 22:19
COP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35