Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir
28.10.2024 [15:22]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq" – deyə dövlət başçısı bildirib. Qürurla deyə bilərik ki, ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir. Onu da deyim ki, Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsində önəmli rol oynayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Respublikamızın təşəbbüsü ilə inşa edilən bu dəmir yolu vasitəsilə bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradılıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə BTQ dəmir yolundan səmərəli istifadə edilib. Respublikamızın ərazisindən keçən yolların çoxşaxəli olması isə ölkəmizin imkanlarını böyük dərəcədə artırıb. Şərq–Qərb nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyatı bu gün yüklərin Avropaya və əks istiqamətə daşınmasında böyük əhəmiyyətə malikdir. Bu polad magistralın fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır, yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir.
BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da İpək Yolu layihəsi çərçivəsində reallaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi kimi mühüm önəm daşıyır. Beynəlxalq yükdaşımaların inkişafı ilə bağlı həyata keçirilən layihələr dəniz nəqliyyatında da əlverişli şərait yaradıb. Cənab Prezident İlham Əliyevin ölkəmizin logistika sisteminin inkişafına diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq dəhlizlərin ötürücülük imkanlarının artırılmasını təmin etmək məqsədilə daha böyük işlər həyata keçirilir.
XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı cənab Prezident bütün bunlarla yanaşı onu da deyib ki, “Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

