/ / Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib
22.11.2024 [16:12]
Noyabrın 21-də Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatı Aparatının və Xəzər Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində ucaldılmış heykəli önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi və sosial-iqtisadi şərait hökm sürürdü. Bu çətin dövrdə mövcud hakimiyyət ölkəni idarəetməkdə zəiflik göstərir, xalq arasında narazılıq artırdı. Belə bir şəraitdə ölkənin güclü liderə və milli maraqları təmin edə biləcək bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurət Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya milli birlik, dövlətçiliyin möhkəmləndirilməsi və demokratik islahatlar istiqamətində fəaliyyət göstərdi. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə əsas siyasi qüvvə kimi fəaliyyətini davam etdirir və müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır.
Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan xalqının tarixində həm siyasi, həm də milli maraqlar baxımından əhəmiyyətli bir hadisə olduğunu bildirdi. Yeni Azərbaycan Partiyası ölkədə milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Bu gün YAP Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında və milli maraqların qorunmasında mühüm rol oynayır. Eyni zamanda, partiya ölkədəki sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə töhfə verir. YAP-nın sədri cənab İlham Əliyevin liderliyi altında Azərbaycan güclü iqtisadiyyata, sabit siyasi sistemə və sosial rifaha malik müasir dövlətə çevrilmişdir. Partiya ölkənin siyasi səhnəsində dominant qüvvə olaraq fəaliyyətini uğurla davam etdirir.
Tədbirdə Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın qurulmasında və inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi. Partiyanın fəaliyyəti ölkədə sabitliyi təmin etmiş, iqtisadiyyatın modernləşdirilməsi və beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm nəticələr əldə edilmişdir. Bu, YAP-ın Azərbaycanın siyasi sistemində lider mövqeyini qoruyub saxlamasının əsas səbəblərindəndir. Azərbaycanın gələcək inkişafında Yeni Azərbaycan Partiyasının rolu hələ də əvəzolunmaz olaraq qalır.
125 nömrəli tam orta məktəbin direktoru, veteran partiya üzvü Zeynəb Əliyeva çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Partiya, ölkənin müasir çağırışlara uyğun inkişafını təmin etmək və xalqın rifahını artırmaq üçün ardıcıl siyasət həyata keçirir. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclənmiş, siyasi sabitliyə nail olmuş və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmişdir.
Tədbir ziyafət və konsert proqramı ilə davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

