Azərbaycan - dünyaya həmrəylik çağırışı edən dövlət
20.12.2024 [11:36]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi, müstəqil siyasət həyata keçirən dünyaya həmrəylik çağırışı edən dövlət kimi tanınır.
Təkcə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə yüksək səviyyədə təşkil olunması Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirdi. Azərbaycan bəşəriyyəti təhdid edən məsələlərin həlli istiqamətində hər zaman beynəlxalq birliyi həmrəyliyə səsləyir və bu prosesə yüksək töhfə vermək üçün təşəbbüslərlə çıxış edir.
Prezident cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan beynəlxalq aləmin yüksək etimad etdiyi ölkələrdəndir.
Müsahibə zamanı Azərbaycanın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, beynəlxalq siyasət və qlobal əhəmiyyətli problemlərdə, onların həlli yollarında, dövlətlərarası münasibətlərdəki əhəmiyyətli rolu aydın şəkildə diqqətə çatdırıldı.
Dmitri Kiselyovun “2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladınız. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?” sualına cavab verən ölkə Prezidentimiz xüsusilə son 2 ildə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Rusiya münasibətlərinə, qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslanan dostluğun dərinləşməsinə diqqəti çəkib: “Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.
Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır. Azərbaycanın şanlı Zəfəri və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında Rusiyanın xüsusi rol olmuşdur. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb. Sözsüz ki, iki dövlətin başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi oldu.
44 gün davam edən Vətən müharibəsi ilə düşmən işğalına son qoyan, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev müsahibəsində vacib məsələlərdən, qlobal əhəmiyyətli problemlərdən, Ermənistandan qovulmuş azərbaycanlılardan, Rusiya ilə Ukrayna arasında davam edən gərginlikdən, qonşu ölkələrdə baş verən siyasi proseslərdən, neokolonializm təzahürləri və qlobal iqlim problemləridən də söz açdı. Bu da bir daha təsdiq etdi ki, Azərbaycan qlobal geosiyasi proseslərin fəal iştirakçısıdır, eyni zamanda ölkəmiz beynəlxalq aləmdə həmin proseslərə təsir etmək iqtidarında olan tərəfdaş qismində qəbul edilir. Dünyadakı qlobal böhran və problemlərlə bağlı məsələlərdə ölkəmizin sülhpərvər siyasət yürütdüyü bunun bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Fevral 10:53
İqtisadiyyat
12 Fevral 10:35
Analitik
12 Fevral 10:18
Siyasət
12 Fevral 09:56
Ədəbiyyat
12 Fevral 09:31
Xəbər lenti
12 Fevral 09:24
Analitik
12 Fevral 09:14
Sosial
12 Fevral 08:57
MEDİA
12 Fevral 08:32
Gündəm
12 Fevral 08:11
Dünya
12 Fevral 07:57
Dünya
11 Fevral 23:12
Dünya
11 Fevral 22:49
Siyasət
11 Fevral 22:34
Dünya
11 Fevral 22:28
İdman
11 Fevral 21:50
Sosial
11 Fevral 21:37
Dünya
11 Fevral 21:19
Dünya
11 Fevral 20:43
Müsahibə
11 Fevral 20:25
İqtisadiyyat
11 Fevral 20:10
Dünya
11 Fevral 19:51
Dünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20

