Qəhrəmanlıq və fədakarlıq meyarları
08.01.2025 [17:22]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Dövlət başçısı İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində görülmüş təxirəsalınmaz tədbirlərdən danışdı. Ölkə Prezideti ekipaj üzvlərinin fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdi. Bildirdi ki, pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır. Bu faktı heç kim dana bilməz: “Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”. Prezident İlham Əliyev, həmçinin Qazaxıstanın dəstəyi və həmrəyliyindən bəhs etdi. “Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər” söyləyən dövlətimizin başçısı onu da əlavə olaraq qeyd etdi ki, eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar Aktaudakı konsulluğumuza gələrək gül qoydular, öz münasibətlərini, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar: “Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”. Yanvarın 6-da cənab İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə ekipaj üzvlərinin qəhrəmanlığından bəhs edərək vurğuladı ki, bu, doğrudan da böyük fədakarlıqdır. Pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi. İdarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi. Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu. Bu faciəvi xəbərin dünya mediasında necə işıqlandırıldığını izləyirik. Bütün digər məsələlərlə yanaşı, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər. Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir. Amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər: “Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 21:33
Elm
13 Yanvar 21:12
İdman
13 Yanvar 20:51
Sosial
13 Yanvar 20:32
İdman
13 Yanvar 20:19
Elm
13 Yanvar 19:54
İqtisadiyyat
13 Yanvar 19:38
Dünya
13 Yanvar 19:17
İdman
13 Yanvar 18:59
Sosial
13 Yanvar 18:27
Siyasət
13 Yanvar 18:03
YAP xəbərləri
13 Yanvar 18:01
YAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50
Dünya
12 Yanvar 15:15
Xəbər lenti
12 Yanvar 14:50
Xəbər lenti
12 Yanvar 14:38
Dünya
12 Yanvar 13:52
Dünya
12 Yanvar 13:17
Dünya
12 Yanvar 12:45
Dünya
12 Yanvar 12:16