/ / YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib
YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib
17.01.2025 [15:28]
Yanvar ayının 15-də YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdüri Vüsalə Məmmədova, Partiya veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səslənmişdir.
Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30 ili tamam olur: "Bu münasibətlə mən hamınızı ürəkdən təbrik edir, gələcək siyasi fəaliyyətinizdə Sizlərə uğurlar diləyirəm. Bu gün biz YAP Ağcabədi rayon təşkilatının yaranmasının ildönümünü xoş əhval ruhiyyə ilə təntənəli şəkildə qeyd edirik. Lakin bu təşkilatın yaranması heç də asan olmamışdır. 1988-1993-cü illərdə Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da hərci-mərclik, xaos, hakimiyyətsizlik baş alıb gedirdi. Ağcabədi şəhərinin içərisində iki-üç qanunsuz silahlı dəstə yaranmışdı. Rayonun əhalisi qorxu və təlaş şəraitində yaşayır, sabahkı günə ümid bəsləmirdilər. Torpaqlarımız ardıcıl olaraq erməni silahlı qüvvələri tərəfindən işğal olunurdu. Belə bir çətin məqamda, yəni 1993-cü ilin mart ayının 8-də 12 nəfər: Teymur Rəhimov, Tofiq Ağamirov, Yasin Cəfərov, Məzahir Səlimov, İbadət Cəmilov, Ənvər Murtuzov, Vaqif Şirinov, Məmmədqulu Namazov, Sabir Əliyev, İsrəfil Nəsirov, Şahmar Məmmədov və Aydın Həsənov təşəbbüs qrupu yaradaraq partiyanın rayon təşkilatını təsis etmək üçün fəaliyyətə başlayıblar. Təşkilat komitəsinin üzvləri təhqirlərə, hədə-qorxulara məruz qalsalar da böyük çətinliklərlə üzləşsələr də 1993-cü ilin sonuna kimi 12 ilk təşkilatda 167 nəfər YAP üzvünü birləşdirməyə müvəffəq olmuşlar".
1995-ci il yanvar ayının 15-də Partiyanın rayon təşkilatının təsis konfransı keçirilmişdir. Təsis konfransıın işində hazırda YAP Mərkəzi Aparatında təşkilat şöbəsinin müdiri işləyən Əhliman Tağıyev, partiyanın Qarabağ zonası üzrə təlimatçısı Misirxan Vəliyev, "Səs " qəzetinin müxbiri Hüseyn Paşayev iştirak etmişlər.
YAP rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışında vurğulamışdır ki, böyük qürur hissi ilə bildirirəm ki, o qarışıq zamanda çətinliklərlə sinə gərərək yaradılan YAP Ağcabədi rayon təşkilatı bu gün 88 ərazi təşkilatında 15600 nəfər partiya üzvünü özündə birləşdirir.
Yarandığı gündən YAP Ağcabədi rayon təşkilatı YAP Mərkəzi təşkilatının yaxın köməkçisi olmuş, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Mərkəzi Aparatın göstəriş və tövsiyyələrini vaxtında və layiqincə yerinə yetirmişdir.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının şəhər 3 saylı məktəb-liseyin müəllimi, Partiya fəalı Vüsalə Quluyeva, Hacıbədəlli kənd tam orta məktəbin direktoru, Ərazi Partiya Təşkilatının sədri Feyzulla Feyzullayev, Ağcabədi şəhər 2 saylı orta məktəbin müəllimi, Ərazi Partiya Təşkilatının sədri Mehdi Məmmədov, çıxış edərək partiya üzvlərini təbrik etmiş və fikirlərini bölüşmüşlər.
Partiya həyatında fərqlənən YAP fəalları və partiya veteranlarının bir qrupuna YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələr təqdim edilmişdir.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına bax
Elm
10 Fevral 23:46

İdman
10 Fevral 23:28

Sosial
10 Fevral 23:18

İdman
10 Fevral 22:56

Dünya
10 Fevral 22:34

Sosial
10 Fevral 22:15

Elm
10 Fevral 21:58

Dünya
10 Fevral 21:37

Diaspor
10 Fevral 21:14

Xəbər lenti
10 Fevral 20:53

Elm
10 Fevral 20:35

Hadisə
10 Fevral 20:11

İdman
10 Fevral 19:50

İqtisadiyyat
10 Fevral 19:32

Hərbi
10 Fevral 19:18

Sosial
10 Fevral 18:21

Dünya
10 Fevral 18:08

Sosial
10 Fevral 18:00

Elanlar
10 Fevral 17:50

Siyasət
10 Fevral 17:47

Dünya
10 Fevral 17:17

Xəbər lenti
10 Fevral 16:45

Siyasət
10 Fevral 16:22

Siyasət
10 Fevral 16:07

Gündəm
10 Fevral 15:57

Siyasət
10 Fevral 15:51

Dünya
10 Fevral 15:33

YAP xəbərləri
10 Fevral 15:31

YAP xəbərləri
10 Fevral 15:30

Siyasət
10 Fevral 15:07

Dünya
10 Fevral 15:06

Dünya
10 Fevral 15:03

Sosial
10 Fevral 14:45

Siyasət
10 Fevral 14:42

YAP xəbərləri
10 Fevral 14:35

İqtisadiyyat
10 Fevral 14:33

Hadisə
10 Fevral 14:10

Hərbi
10 Fevral 14:05

Siyasət
10 Fevral 13:53

Sosial
10 Fevral 13:47

Sosial
10 Fevral 12:45

İqtisadiyyat
10 Fevral 12:19

Xəbər lenti
10 Fevral 12:13

Xəbər lenti
10 Fevral 12:03

Sosial
10 Fevral 11:20

İdman
10 Fevral 10:49

Ədəbiyyat
10 Fevral 10:43

Dünya
10 Fevral 10:39

İqtisadiyyat
10 Fevral 10:34

Hadisə
10 Fevral 10:28

Dünya
10 Fevral 10:16

Dünya
10 Fevral 09:58

Dünya
10 Fevral 09:32

Dünya
10 Fevral 09:15

Sosial
10 Fevral 08:44

Dünya
09 Fevral 23:46

İdman
09 Fevral 23:18

Hadisə
09 Fevral 22:52

Dünya
09 Fevral 22:25

Dünya
09 Fevral 21:49

Dünya
09 Fevral 21:17

Siyasət
09 Fevral 20:51

Sosial
09 Fevral 20:19

Dünya
09 Fevral 19:50

Dünya
09 Fevral 19:25

Dünya
09 Fevral 18:42

Dünya
09 Fevral 18:27

Dünya
09 Fevral 17:46

Dünya
09 Fevral 17:18

Dünya
09 Fevral 16:44
