Ağcabədidə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ümumrayon tədbiri keçirilib
03.02.2025 [17:14]
Fevralın 1-də Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının və Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Gənclər tədbirində YAP Ağcabədi rayon təşkilatının gənc fəalları, rayonun mədəniyyət, təhsil və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak etmişlər.
Tədbirdən öncə Ulu Öndərin abidəsi qarşısına güllər düzülüb, əziz xatirəsi dərin ehtiramla anılmışdır.
Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlamış, Umummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rüfət Quliyev məruzə etmişdir. Natiq məruzədə qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan idmanı və gənclər sektoru böyük tərəqqiyə nail olub. Azərbaycanda gənclər sahəsində tədbirlər kompleks şəkildə hazırlanır və həyata keçirilir. Bunun nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb. Ölkəmizdə müntəzəm olaraq keçirilən böyük idman yarışları, idmançılarımızın beynəlxalq turnirlərdə əldə etdiyi çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin bariz təzahürləridir.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Toğrul Bünyatov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ulu Öndər gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu Ümummilli Liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Ağcabədi Regional “Asan xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, Ağcabədi şəhər 3 saylı məktəb liseyin müəllimi Turan Balakişiyeva, Taekvando idman növü üzrə Avropa birincisi Çingiz Həsənov və Ağcabədi Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Adəm İbixanov çıxış edərək, ölkədə və Ağcabədi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Ağcabədi rayon İcra Hakimiyyətinin və YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

