/ / Şəmkirdə “Konstitusiyamız qanunvericiliyimizin təməlidir, Suverenliyimiz isə müstəqilliyimizin təminatıdır” adlı tədbir keçirilib
Şəmkirdə “Konstitusiyamız qanunvericiliyimizin təməlidir, Suverenliyimiz isə müstəqilliyimizin təminatıdır” adlı tədbir keçirilib
17.03.2025 [17:04]
Şəmkirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Konstitusiyamız qanunvericiliyimizin təməlidir, Suverenliyimiz isə müstəqilliyimizin təminatıdır” adlı tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin, YAP Şəmkir rayon təşkilatının, Şəmkir Təhsil Sektorunun və Şəmkir Mədəniyyət Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi heçdə təsadüfi deyil. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.
İcra başçısı qeyd edib ki, 90-cı illərin əvvələrində böyük bir fəlakətlə üz-üzə qalan, vətəndaş müharibəsi astanasında duran bir dövlətdən, siyasi, iqtisadi və mənəvi inkişaf edən müstəqil və suveren bir dövlətə olmağı bacardıq: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi”.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində və uğurlu anti-terror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Konstitusiyamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün və Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü ilə üst-üstə düşməsi 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olmasına əsas verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, 1993-cü ildə xalqın təkidli çağırışları ilə yenidən hakimiyyətə gələrək Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib.
Yekunda çıxış edən tarixçilər də çıxışlarında 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin önəmindən danışıb, Ulu öndər Heydər Əliyevin bu günkü çiçəklənən Azərbaycanın inkişafındakı xidmətlərindən bəhs ediblər.
Tədbirin sonunda müstəqil və suveren Azərbaycanın 30 illik inkişafından bəhs edən sənədli filmə baxış keçirilib, yerli mədəniyyət işçiləri tərəfindən milli musiqilər səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

