Münasibətlərdə yeni müsbət təkan
04.04.2025 [18:27]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçımız çıxışında həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafının müzakirə edildiyini bildirib. Bu səfərin iki ölkə arasındakı münasibətlərə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə edib.
“İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”- deyən ölkə başçısı bunun əsas səbəbinin Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olduğunu vurğulayıb.
Prezident İlham Əliyev onu da qeyd edib ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”- deyə ölkə başçısı əlavə edib.
Çıxışında dövlət başçısı Azərbaycanın 2024-cü ildə COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdiyini, bu istiqamət üzrə də ölkəmizin Almaniya ilə çox fəal əməkdaşlığı olduğunu bildirib. Ölkə başçısı onu da qeyd edib ki, COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur.
Prezident İlham Əliyev Bəyanatında bir daha mövcud reallıqları , Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını, bir milyon azərbaycanlının erməni aqressiyasına görə evsiz-eşiksiz qaldığını və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşdüyünü diqqətə çatdırıb. Dövlət başçısı təəssüf hissi ilə beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığını qeyd edib. Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etdiyini, məhz bu tarixi Zəfərimizin sülh danışıqlarına yol açdığını vurğulayıb. Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan və Ermənistanın sülhün əldə edilməsinə dair mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb.
Prezident İlham Əliyev sualları cavablandırarkən İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycanın və şəxsən özünün sülh danışıqlarının başlanmasının təşəbbüskarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın 5 əsas prinsip irəli sürdüyünü və bu prinsiplər əsasında müzakirələrə start verildiyini bildirib. “Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik”- deyə Prezident İlham Əliyev əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18

