Dünya pərvanətək Azərbaycanın işığına fırlanır
09.04.2025 [15:31]
Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri
Azərbaycanın mavi Xəzəri, ağbaşlı Kəpəz zirvəsi, incə, zümrüd Araz vadisi, hüdudsuz düzənlikləri, eninə uzanan həmişəyaşıl meşələri, bol balıqlı iti axan çayları, ən gözəli mirvari gözlü Göygöl olan mavi gölləri var. Bu əsrarəngiz diyarda Yer kürəsinin iqlim qurşaqları - subtropik meşələrdən tutmuş daimi qar və buzlaqlara qədər hamısı var. Təbiət öz nemətlərini bu torpağa əsirgəmədən vermişdir. Azərbaycanın ən böyük sərvəti onun torpaqlarının təkində yerləşmişdir. Bu barədə qədim yunan coğrafiyaçısı Strabon belə yazmışdır: “Bu, torpağın təkindəki gizli quyu anbarlarda daldalanmış, özünügizlətmiş ecazkar qaynar yağ - neft idi.” Bu günlərdə Bakının neft mədənləri bütün dünyada məşhurdur. Azərbaycan nefti emal edilərək ondan dərmandan tutmuş benzinə qədər yüzlərlə qiymətli məhsul alınır. Yəqin ki, torpağının təkində yanan qaynar yağ - neft olduğuna və şölələnib yandığına görə Azərbaycanı qədimdən bəri Odlar yurdu adlandırmışlar.
Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı sadiq tərəfdaşına çevrilib. Qaz nəqlinin ana arteriyası olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında - “Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edib. Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə İkinci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa da keçirilib. Toplantılarda müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin əhəmiyyətli təklifləri isə dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycan neft-qazla yanaşı, alternativ enerji siyasətini də genişləndirir. Yaşıl enerji ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpaolunan enerji sektoruna marağını əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması yaşıl enerjinin aktuallığını və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir. Ölkəmiz yaşıl enerji sahəsində böyük potensiala malikdir. Yaşıl enerjinin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

