Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
24.04.2025 [14:37]
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Ümummilli lider Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir.Xarici dil bilmək əlbəttə ki, lazımdır, vacibdir. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir.Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. Latın əlifbasına keçid müstəqil Azərbaycanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nail olunub. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanına əsasən Azərbaycan ərazisində bütün təşkilatlar, idarə və müəssisələr, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm tarixi əhəmiyyət kəsb edir. Müstəqilliymizin əldə edilməsindən sonrakı dövr xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Ulu öndərin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Azərbaycan dilinə və onun mühüm hissəsi olan əlifbaya verilən xüsusi əhəmiyyət onun hər bir xalqın, millətin və dövlətin ictimai həyatında oynadığı səciyyəvi funksiyalardan doğur. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da Ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Ulu öndərin təşəbbüsü ilə Konstitusiyada Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili elan olunaraq ən ali hüquqi səviyyədə təsbit edilib.
Ulu öndər Heydər Əliyev müstəqillik dövründə də Azərbaycan dilinin inkişafı naminə önəmli təşəbbüslərlə çıxış edib. Təqdirəlayiq haldır ki, 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edilib.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı doğma dilimizə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Ölkəmizdə ana dilimizin inkişafı, qorunub saxlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı buna bariz nümunədir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52

