Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri
02.05.2025 [19:16]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri iki qonşu və dost ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat qarşılıqlı hörmət və əməkdaşlıq ruhunun davam etdiyini və gələcək perspektivlərə böyük ümidlər bəsləndiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında İran Prezidenti Pezeşkianın səfərini yüksək qiymətləndirərək bu ziyarətin ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. O, qeyd etdi ki, Azərbaycan və İran arasında tarixi, dini və mədəni bağlar üzərində qurulmuş münasibətlər bu gün qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlığa çevrilməkdədir. Mətbuat bəyanatında İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini önə çəkdi. Xüsusilə nəqliyyat və logistika sahəsində ortaq layihələrin həyata keçirilməsi regionda ticarət əlaqələrinin inkişafına böyük töhfə verir. Zəngəzur dəhlizinin yaradılması, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində iki ölkənin rolu xüsusi əhəmiyyət kəsb edir. Görüşdə enerji əməkdaşlığı, sənaye əlaqələri və bərpa olunan enerji sahəsində birgə layihələr müzakirə olunub. Həmçinin humanitar və mədəni sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün yeni təşəbbüslərin həyata keçirilməsi qərara alınıb.
Prezident İlham Əliyev, eyni zamanda, İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Prezidentlərin mətbuata verdiyi bəyanatlar həm də regional sülh və sabitlik məsələlərində ortaq mövqelərin mövcud olduğunu göstərdi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qonşuluq siyasətinə və dost münasibətlərə önəm verir və İranla əməkdaşlığın bu ruhda davam etməsini arzulayır. Regionda sabitliyin qorunması üçün dialoq və əməkdaşlıq əsas mexanizmlərdən biri kimi dəyərləndirilir. Məsud Pezeşkianın Prezident kimi Azərbaycana ilk səfəri olması baxımından bu ziyarət xüsusi əhəmiyyət kəsb edir. Səfər, ikitərəfli münasibətlərin yüksək səviyyədə davam etdirilməsi ilə yanaşı, həm də yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Bu səfər göstərdi ki, Azərbaycan və İran münasibətləri qarşılıqlı hörmət, mehriban qonşuluq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanaraq bölgədə sabitliyin və rifahın gücləndirilməsinə töhfə verməyə davam edəcək.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər qədim tarixi, mədəni və dini bağlar əsasında formalaşıb və bu gün də strateji əməkdaşlıq səviyyəsində davam edir. Hər iki ölkənin ortaq sərhədə, ortaq dəyərlərə və regional maraqlara sahib olması bu münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanla İran arasında mədəni sahədə də sıx əməkdaşlıq mövcuddur. Ortaq mədəni irsə və dini bağlara malik olan Azərbaycan və İran, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq edir. Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşlər zamanı humanitar və mədəni sahədə əməkdaşlıq da əsas müzakirə mövzularından biri olmuşdur. Hər iki dövlət başçısı xalqları birləşdirən tarixi, mədəni və dini bağları nəzərə alaraq, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamış və müvafiq qurumlara konkret göstərişlər vermişlər. Mədəniyyət, təhsil, elm, turizm və gənclər siyasəti sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, ortaq irsin qorunması və tanıdılması kimi təşəbbüslər gündəmə gətirilmişdir. Bu istiqamətdə konkret layihələrin həyata keçirilməsi, həmçinin elm və təhsil mübadilələrinin gücləndirilməsi üçün praktiki addımlar atılması planlaşdırılır. Belə humanitar əməkdaşlıq, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bu amillər sübut edir ki, Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir və qarşılıqlı etimada, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu münasibətlər, təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və rifahı üçün önəmli rol oynayır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

