İran-Azərbaycan münasibətlərinin yeni inkişaf perspektivləri
05.05.2025 [18:15]
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Bu gün regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır, rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da artmasına rəvac verir. Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır. İran Azərbaycanın cənub qonşusu və bütün mənalarda ona yaxın olan dövlətdir. Onu da nəzərə alsaq ki, İran əhalisinin böyük bir hissəsini etnik azərbaycanlılar təşkil edir, bu zaman iki ölkə arasında münasibətlərə xüsusi diqqət yetirməyin vacibliyi bir daha aydın görünür.
İran İslam Respublikası ölkəmizin vacib ticarət tərəfdaşlarından biridir. 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 242 milyon 786,4 min ABŞ dolları təşkil etdiyi halda, ötən il bu göstərici 647,1 milyon dollara çatıb. Ümumilikdə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub. Ötən il ölkəmiz İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8 faiz artıraraq 633 milyon dollara çatdırıb. Cənub qonşmuzdan alınan məhsullar ölkəmizin ümumi idxalının 3,01 faizini təşkil edib. Bu tendensiya 2025-ci ilin ilk aylarından da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. Məlumata əsasən, hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,30 faiz həcmində olub. Bu ilin birinci rübündə Azərbaycandan İran İslam Respublikasına 4,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 1,7 milyon dolları və ya 50,7 faizlik artım qeydə alınıb. Eyni zamanda, hesabat dövründə İrandan ölkəmizə 248,8 milyon dollar dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon dollar və ya 15,7 faiz artım deməkdir.
Bildiyimiz kimi, aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri baş tutub. Ölkə Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.
“Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir” deyən Prezident İlham Əliyev bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır. Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən – ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni prespektivlər vəd edir. “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”, – deyə Azərbaycan Prezidenti bildirib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 May 18:28

YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14

Analitik
17 May 09:57

Analitik
17 May 09:36

Siyasət
17 May 09:16
