15 İyun- Azərbaycanın taleyinin dəyişdiyi gün
12.06.2025 [21:41]
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqımız üçün əsl qurtuluş tarixi olan 15 İyun Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biridir.
Qurtuluş tarixini yaradan müasir müstəqil Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan xalqımızın Ümummilli Lider Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan, ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, bu günkü güclü, qüdrətli, qalib Azərbaycanın sarsılmaz təməlləri qoyuldu. Ümummilli lider öz xilaskarlıq missiyası ilə ölkəmizi vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi.
Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər saldıqda Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalını, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyəti görərik. Qədirbilən Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir lider, yeganə şəxsiyyət Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi . Dahi şəxsiyyət Heydər Əliyev xalqın arzusu, təkidli tələbi ilə haklimiyyətə gələn kimi Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Tariximizin ən parlaq səhifələrindən biri olan Qurtuluş Günü ölkəmizin xaosdan, anarxiyadan, parçalanma təhlükəsindən qurtulduğu, ölkəmizin taleyinin dəyişdiyi, bugünkü qüdrətli, qalib Azərbaycanın təməlinin qoyulduğu gündür.
Artıq beş ildir ki, Azərbaycan xalqı 15 iyun Qurtuluş Gününü daha yüksək əhvali-ruhiyyə, qürurla qeyd edir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlhm Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Beləliklə,Ümummilli liderimiz Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində üçrəngli bayrağımız qürurla dalğalanır.
Reallıq odur ki, Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı zəfərlər əminklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha yüksək zirvələr fəth edəcək.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

