"8 Noyabr" Elektrik Stansiyası milli qürur və iradənin simvoludur
25.06.2025 [23:14]
2024-cü il iyunun 24-də Dövlət Başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutan “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji sahəsində mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi, bərpaolunan enerji potensialının daha səmərəli şəkildə istifadəsi və ölkəmizin qlobal enerji bazarında mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Güc baxımından 1880 meqavatlıq imkanlara malik olan “8 Noyabr” Elektrik Stansiyası hazırda Azərbaycanın ən böyük elektrik istehsal müəssisəsidir. Bu stansiya ölkənin enerji istehsal gücünü əhəmiyyətli dərəcədə artırır, enerji şəbəkəsinin daha səmərəli və qənaətcil fəaliyyətini təmin edir. Eyni zamanda, yanacaq sərfiyyatının minimuma endirilməsi və təbii qazın ixrac potensialının genişlənməsi üçün yeni imkanlar açır. Beləliklə, Azərbaycan beynəlxalq enerji bazarlarında daha güclü bir oyunçuya çevrilir.
“8 Noyabr” Elektrik Stansiyasının tikintisi Azərbaycan ilə İtaliya və Çin arasında səmərəli beynəlxalq əməkdaşlığın bariz nümunəsidir. Bu layihə dünyanın qabaqcıl mühəndislərinin və texniki mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində sadəcə iki il ərzində tam başa çatdırılıb. Stansiyada ən son texnologiyaların tətbiqi və layihənin yüksək keyfiyyətlə icra olunması Azərbaycanın enerji sektorunda beynəlxalq tərəfdaşlıqlar qurmaq və onları uğurla reallaşdırmaq bacarığını bir daha sübut etdi. Prezident İlham Əliyev açılış mərasimində bu beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirərək, İtaliya və Çin ilə energetika sahəsində uzunmüddətli, möhkəm tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etmişdir. Dövlət başçısının vurğuladığı kimi, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Çin isə Azərbaycanın enerji sektorunda mühüm mövqeyə sahibdir və bu ölkələrlə birgə yeni layihələr uğurla həyata keçirilir. Enerji təhlükəsizliyi müasir dövrdə hər bir ölkə üçün milli təhlükəsizlik məsələsinin ayrılmaz hissəsidir. Azərbaycanın 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə qaz ixrac etməsi dövlətimizin enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Yeni və güclü elektrik stansiyalarının, xüsusilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın daxili enerji ehtiyaclarının təmin edilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edir. Bu isə ölkənin beynəlxalq nüfuzunu və geosiyasi əhəmiyyətini artırır. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda həyata keçirdiyi genişmiqyaslı islahatların tərkib hissəsidir. Hazırda ölkənin enerji sisteminin ümumi generasiya gücü 9000 meqavatdır və yaxın gələcəkdə yaşıl enerjinin payı sürətlə artacaq. Bu, həm ətraf mühitin qorunması, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bundan əlavə, qənaət edilən təbii qazın ixracı ölkəyə əlavə valyuta gəlirləri qazandırır.
Stansiyanın “8 Noyabr” adlandırılması da xüsusi bir rəmzi mənaya malikdir. Bu tarix – 8 Noyabr 2020-ci il Azərbaycanın tarixi Zəfər Günüdür. Məhz bu gün Şuşanın işğaldan azad olunması ilə Vətən müharibəsinin taleyi həll olunmuş və ölkəmiz qələbə qazanmışdır. Bu elektrik stansiyası təkcə texniki nailiyyət deyil, eyni zamanda milli qürur və iradənin simvoludur. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji müstəqilliyini daha da möhkəmləndirir, ölkənin ixrac gücünü artırır və eyni zamanda yüksək mühəndislik və idarəetmə bacarığının bariz nümunəsidir. Bu layihə dövlətimizin həyata keçirdiyi uzunmüddətli və ardıcıl siyasətin uğurlu nəticəsidir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33

