Xəzər rayonunda “Qərbi Azərbaycan irsi” kitabın I cildinin təqdimatı keçirilib
31.07.2025 [19:18]
30 iyul 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” adlı kitabın I cildinin təqdimatı keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Günay Əfəndiyeva, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, RİH başçısının müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Qərbi Azərbaycan İcmasının İdarə Heyyətinin üzvü, Zəngibasar rayon icmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının üzvləri, tarixçilər, elm və mədəniyyət nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda keçirilən tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Qərbi Azərbaycanın tarixən Azərbaycan xalqının ayrılmaz bir hissəsi olduğunu və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. E.Salahov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür, ölkə rəhbərinin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və mənəvi irs, məruz qaldıqları tarixi ədalətsizliklər, cinayətlər haqqında davamlı tədqiqatlar aparılır. “Qərbi Azərbaycan İrsi” kitabı tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbə olduğunu vurğulayaraq, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Çıxış edən digər natiqlər Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və tarixi torpaqlara dair sənədləşmənin əhəmiyyəti barədə söz açdılar. Kitabın elmi əsaslara söykəndiyini, arxiv materialları və mənbələrə əsaslandığını bildirərək, tarixi faktların obyektiv təqdimatının vacibliyi, həmçinin mədəni irsin qorunmasında bu cür nəşrlərin mühüm rol oynadığını vurğulayıblar. Oxşar layihələrin davamlı olmasının vacibliyini qeyd edən qonaqlar Qərbi Azərbaycandan deportasiya olunan insanların yaddaşlarda yaşadılmasının və onların mirasının tanıdılmasının vacib olduğunu bildirərək, kitabın bu baxımdan mənəvi dəyər daşıdığını diqqətə çatdırıblar.
Sonda “Qərbi Azərbaycan irsi” kitabının I cildi iştirakçılara təqdim olundu və qonaqlarla xatirə şəkilləri çəkildi.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

